PDF Oxu

Siyasət

  • 3 172

YAP Ucar rayon təşkilatında 2 fevral Gənclər Günü qeyd olunub

YAP Ucar rayon təşkilatında 2 fevral Gənclər Günü qeyd olunub

02 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının qərargahında YAP Ucar rayon təşkilatının, Ucar rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, Ucar rayon Gənclər Evi sosial müəssisənin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü qeyd edilmişdir. Tədbir iştirakçıları ilk olaraq rayon Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarları önünə tər çiçəklər düzülmüş, ruhlarına dualar oxunmuşdur.Daha sonra iştirakçılar rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsi ehtiramla yad edilmişdir.Tədbir pandemiya qaydalarına uyğun olaraq rayon təşkilatının qərargahında davam etmişdir.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Məhəmməd Bayramov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Gənclər Evi sosial müəssisənin direktoru Elamin Dibirov,YAP fəalı Yusif Məmmədov, Azərbaycan idmanında uğurlar qazanmış Kamal Məmmədov, Ruslan Məmmədov, psixoloq müəllim Orxan Xəlilov, həvəskar rəssam Arif Babayev və fəal gənc Kazım Məmmədov çıxışlarında qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Azərbaycan gəncliyi öz fəaliyyəti, öz uğurları, öz imzası ilə tarixdə iz salıb. Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirdi.Ulu Öndərin irəli sürdüyü gənclər siyasəti uğurla davam etdirilir. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib" deyən cənab Prezident İlham Əliyev özü də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu hər zaman qiymətləndirib. 44 günlük Vətən müharibəsində gənclərimizin necə vətənpərvər olduğunu təkcə Azərbaycan cəmiyyəti deyil, bütün dünya şahidi oldu. Azərbaycan gəncliyi gələcəyə doğru inamla irəliləyir.Tədbirdə rayonun həyatında rolu olan gənclər Ucar rayon İcra Hakimiyyəti Başçısının, YAP Ucar rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Gənclər Evi sosial müəssisənin Fəxri Fərmanları ilə təltif edildi, bir qrup YAP üzvünə üzvülük vəsiqələri təqdim olundu.Həmçinin YAP Ucar rayon təşkilatı 65 yaşı olan YAP üzvləri - Zeynalov Ramiz Gülməmməd oğlunu və Bayramov Məhəmməd İbrahim oğlunu təbrik etdi, Fəxri Fərman və hədiyyələr təqdim olundu.

Rəfiqə

Digər xəbərlər