Şuşa Bəyannaməsi tarixi bir sənəddir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.Politoloq vurğulayıb ki, bu Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin növbəti mərhələyə qədəm qoymasını şərtləndirdi.“Şüşa Bəyannaməsinin ən mühüm özəlliyi onun təhlükəsizlik aspektidir. Çünki, 100 il əvvəl Qars Müqaviləsinin imzalanması ilə Naxçıvan Müxtar Respublikasının təhlükəsizliyi Türkiyənin təhlükəsizlik zəmanəti altına keçmişdi və həmin hadisədən 100 il sonra, 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə Qarabağın təhlükəsizliyinə qarant ölkəyə çevrildi. Bu çox vacib bir məqamdır. Yəni, bundan sonra artıq Azərbaycanın Qarabağ bölgəsinə hərhansı bir ərazi iddiası ilə çıxış etmək, yaxud bunu gerçəkləşdirməyə çalışmaq qarşısında Türkiyə-Azərbaycan birliyinin gücünü görəcək.Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Ermənistanda faşizmi dirçəltməyə yönəlik müəyyən addımlar atılır. Ermənistanda revanşist ideyalar yenidən baş qaldırır. Belə bir məqamda təbii ki, Şuşa Bəyannaməsinin təsdiq olunması və qanuni qüvvəyəminməsi çox mühüm əhəmiyyət daşıyır. Yəni, revanşistlər və faşizm xisləti ilə yaşayan siyasi dairələr başa düşəcəklər ki, türk-müsəlman xalqına qarşı, Azərbaycan xalqına, Türkiyəyə qarşı hərhansı bir revanşist, hərhansə bir faşist addımları bu iki ölkənin sərt cavab reaksiyası ilə qarşılanacaq. Ona görə də Şuşa Bəyannaməsinin imzalanması həm də Ermənistandakı bəlli siyasi dairələrə və onlara havadarlıq edən qüvvələrə ciddi mesaj mahiyyəti daşıyır”
Müəllif: İnam Hacıyev