PDF Oxu

Siyasət

  • 1 618

Aykut Ərdoğdu Türkiyə və Azərbaycan ictimaiyyətindən üzr istəməlidir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Aykut Ərdoğdu Türkiyə və Azərbaycan ictimaiyyətindən üzr istəməlidir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə-Azərbaycan münasibətləri hər cür ölkədaxili siyasi rəqabətin və partiyalararası münasibətlərin fövqündədir. Ona görə ki, bu münasibətləri təyin edən hər iki ölkənin xalqlarının milli iradəsi var. Belə olan halda Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq niyyətləri əslində milli iradənin əleyhinə yönələn mövqe hesab edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasındakı enerji sahəsində əlaqələri qarışıq və qaranlıq əlaqələr kimi təqdim etməsi əsla yolverilməzdir və hər iki dövlətin milli maraqlarına ziddir: “Hazırki tarixi mərhələdə isə hər iki qardaş ölkənin prezidentlərinin səyi nəticəsində bu münasibətlər öz inkişafının zirvəsinə çatıb və Şuşa bəyannaməsi ilə taclandırılıb. Bu mühüm srateji sənəd iki qardaş ölkənin təhlükəsizliyinin birlikdə təmin edilməsi üçün fövqəladə əhəmiyyət daşıyır. Məhz belə bir tarixi sənədin hər iki qardaş ölkənin parlamentlərində müzakirəsi və təsdiq edilməsi günlərində bu cür əsasız ittihamların səsləndirilməsi də ayrıca bir narahatlıq yaradır və verilən açıqlamanın təsadüfi olmadığı təəssüratını yaradır. Belə olan halda ictimai rəy verilən yersiz və əsassız açıqlamanın hansı məqsədə və kimə xidmət etdiyi sualını aktuallaşdırır. Şuşa bəyannaməsi regionda sülhü dayanıqlı və davamı etməyə, rifaha və regional iqtisadi inteqrasiyanın təhlükəsizliyinin qorunmasına xidmət edir. Bunu istəməyənlər isə terroristlər və işğalçılıq siyasətindən əl çəkmək istəməyənlərdir. Belə olan halda Aykut Ərdoğdu öz açıqlamasını geri götürməli Türkiyə və Azərbaycan ictimaiyyətindən üzr istəməlidir”.

Digər xəbərlər