Fevral ayının 3-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının yeni təyinatı ilə əlaqədar olaraq videokonfrans formatında ərazi ilk partiya təşkilat sədrlərinə və rayon ictimayyətinin nümayəndələrinə təqdimatı keçirilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin məsul əməkdaşı Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyası üzvlərinin fəal iştirakını qeyd edib.
Ramil Mirzəyev ötən illər ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilən irimiqyaslı islahatların mühüm nəticələr verdiyini vurğulayıb.
Videotəqdimatda bildirilib ki, Yeni Azərbaycan Partiyasının ötən il mart ayının 5-də keçirilən VII Qurultayında mühüm qərarlar qəbul edilmişdi. Belə qərarlardan biri də partiyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partiyanın yerli təşkilatları haqqında vacib məsələlər öz əksini tapıb.
Yanvarın28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın yerli rayon (şəhər) təşkilatlarının sədrlərinin təyin olunması məsələsinə baxılmış və müvafiq qərar qəbul olunub. Qərara əsasən Kamil Məhəmməd oğlu Qurbanlı YAP Biləsuvar rayon təşkilatının sədri vəzifəsinə təyinat alıb.
Tədbirdə çıxış edən YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı ona göstərilən etimada görə partiya Sədrinə və partiya rəhbərliyinə minətdarlığını bildirərək bu etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.
Daha sonra tədbirdə ilk partiya təşkilat sədrlərindən Balaqardaş Kazımov, Rəfiqə Cəfərova, Mirəşrəf Mirsultanov, Kazım Mənsimov və Fərasim Əliyev çıxış edərək təqdimatla bağlı məsələyə münasibətlərini ifadə ediblər. Onlar rayon təşkilatının yeni sədrini təbrik edib, gələcək siyasi fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə YAP rayon təşkilatı üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirakları qeyd olunub.
Rəfiqə