PDF Oxu

Siyasət

  • 2 831

YAP Samux rayon təşkilatı sədrinin təqdimatı olub

YAP Samux rayon təşkilatı sədrinin təqdimatı olub

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi ilə bağlı partiyanın yerli təşkilatlarında onlayn formatda təqdimetmə mərasimləri keçirilir. SİA xəbər verir ki, Samux rayonunda Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Bayramov Gündüz Çankay oğlunun təqdimetmə mərasimi keçirilib.

Tədbirdə rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri iştirak etdi. Mərasimini giriş sözü ilə açan YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, müstəqil Azərbaycanın siyasi həyatında ən böyük və aparıcı partiya olan YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti və dövclətçiliyi qarşısında xidmətləri böyükdür. Bu gün Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatına Bayramov Gündüz Çankay oğlu etimad göstərilərək sədr təyin edilib. Bu münasibətlə Araz Xudadanov yeni təyin edilmiş sədri – Bayramov Gündüz Çankay oğlunu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Gündüz Bayramov çıxış edərək ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə öz dərin minnətdarlığı bildirib.

G.Bayramov vurğulayıb ki, Partiya Rəhbərliyimizi əmin etmək istəyirəm ki, YAP Samux rayon təşkilatının üzvləri Azərbaycan dövlətçiliyinin qorunmasında, Vətənimizin hərtərəfli inkişafı naminə aparılan böyük işlərdə daim Heydər Əliyev siyasətinə sadiq qalacaq və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri - Cənab İlham Əliyevə dəstək olacaqlar.

Daha sonra tədbir iştirakçılarına söz verilib. YAP Samux rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri Şəmistan Yusifov, Nurlana Həsənova və fəal partiya üzvü Rahil Həsənov çıxış edərək vurğulayıblar ki, Gündüz Bayramov rayonun ictimai-siyasi həyatında daim fəal iştirak edib. Rayon təşkilatının formalaşmasında və inkişafında onun böyük əməyi olub. Partiyanın rayon təşkilatına sədrlik etdiyi 15 ildə - ölkədə keçirilən bütün siyasi kompaniyalarda rayon təşkilatının yaxından və fəal iştirakını təmin edib. Gənclərin partiya sıralarına cəlb olunmasına böyük önəm verib, onlara diqqət və qayğı ilə yanaşıb. Bir sözlə, Gündüz Bayramovun siyasi fəaliyyətinin əsasını Heydər Əliyev ideyalarını, onun adını və şərəflini göz bəbəyi kimi qorumaq, Heydər Əliyev yoluna və bu yolun layiqli davamçısı İlham Əliyevə, doğma Vətənimizə Azərbaycana sədaqətlə xidmət etmək təşkil edir. Odur ki, Gündüz Bayramov bu vəzifəyə ən layiqli namizəddir.

YAP Samux rayon təşkilatının çoxsaylı üzvləri adından Gündüz müəllimi təbrik edir bundan sonrakı fəaliyyətində daim yeni-yeni uğurlar arzulayırıq!

İlham

Digər xəbərlər