04 fevral 2022-ci il tarixdə Gədəbəy Aşıq Məktəbində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 saylı qərarı ilə YAP Gədəbəy rayon təşkilatına sədr təyin olunmuş Nağıyev Rüstəm Vaqif oğlunun videokonfrans formatında təqdimatı keçirilib.SİA xəbər verir ki, videokonfransa sədrlik edən YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov Rüstəm Nağıyevin əmək fəaliyyəti haqqında ətraflı məlumat verib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bu təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürünü və minnətdarlığını bildirib.
R.Nağıyev qeyd edib ki, bundan sonra da partiyamızın verdiyi bütün tapşırıqları layiqincə yerinə yetirəcək və cənab Sədr İlham Heydər oğlu Əliyevin uğurlu siyasətinin təbliğini yüksək səviyyədə təşkil edəcək. Təqdimat mərasimində Çiçəkli kənd ərazi partiya təşkilatının sədri Tofiq Əliyev, Qaradağ kənd ərazi partiya təşkilatının sədri Baxış Nağıyev və Miskinli kənd ərazi partiya təşkilatının sədri Mətanət Həsənova çıxış edərək 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad olunmasına rəhbərlik etdiyinə və xalqımıza bu Böyük Qələbəni yaşatdığına görə, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan xalqının igid oğlu, Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Rövşən