PDF Oxu

Siyasət

  • 2 647

Xocavənd rayon təşkilatı sədrinin partiya fəallarına təqdimatı keçirilib FOTOLAR

Xocavənd rayon təşkilatı sədrinin partiya fəallarına təqdimatı keçirilib FOTOLAR

3 Fevral 2022-ci il tarixdə, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı sədrini, ərazi ilk partiya təşkilatlarına təqdimatı keçirilib. Xocavənd rayon İcra Hakimyyətinin iclas zalında baş tutan təqdimatda Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 10 Ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak etmişlər. Təqdimata onlayın formatda qoşulan, YAP Mərkəzi Aparatın Qarabağ, Şərqi-Zangəzur zonası üzrə məsul şəxsi Elmar Məmmədov ərazi ilk partiya təşkilatların sədrlərini salamladıqdan sonra, onların diqqətinə çatdırdı ki, Nizamanamənin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 nömrəli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədirlər təyin olunub. Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatına sədr Hüseynov Vüsal Cavay oğluna etimat göstərilib. Hüseynov Vüsal Cavay oğlu 14 illik partiya fəaliyyəti dövründə daim Partiyanın ictimai siyasi fəaliyyətinə görə fərqlənən, YAP üzvülərdən olub.İşlədiyi bütün qurumlarda da öz fəaliyyəti ilə seçilməyi bacaraıb. Müxtəllf illərdə YAP Gənclər Birliyi tərəfindən təltiflər edilib. İnanıramki Hüseynov Vüsal Cavay oğlu ona göstərilən etimatı doğruldacaq.Təqdimatda Kuropatkin kənd ərazi ilk partiya təşkilatının sədri Baris Alışov, Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Rəmziyyə Aslanova, Muğanlı kənd ərazi İlk Partiya təşkilatının sədri Allahveri Gülmalıyev, Qaradağlı kənd ərazi ilk partiya təşkilatının sədri Cavay Hüseynov yeni seçilən YAP Xocavənd rayon təşkilatınn sədri təbrik edib, işlərində uğrlar arzulayıblar. Sonda, YAP Xocavənd rayon təşkilatına yeni seçilən sədr, Hüseynov Vüsal Cavay oğlu bildirdi ki, ona göstərilən etimada görə Partiyamızın sədri Cənab Prezident İlham Əliyevə, İdarə Heyətinin üzvülərinə, Mərkəzi aparatın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm və göstərilən etimadı doğrulutmağa çalışacağam.

Rəfiqə

Digər xəbərlər