PDF Oxu

Siyasət

  • 2 441

Üçtərəfli görüş Azərbaycanın maraqlarına cavab verir - PARTİYA SƏDRİ AÇIQLADI

Üçtərəfli görüş Azərbaycanın maraqlarına cavab verir - PARTİYA SƏDRİ AÇIQLADI

“Məlumdur ki, ilin sonunda Fransa prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının prezident Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə danışıqlar aparılmışdı. Həmin danışıqlarda əsas iki məsələ müzakirə olundu”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.


Onun sözlərinə görə, birincisi, Zəngəzur dəhlizinin işə düşməsi məsələsi idi: “Bildiyimiz kimi bu məsələ ilə bağlı qəbul olunan qərarlar elan olunmasa da Ermənistanın baş naziri İrəvana qayıdan kimi dəmir yolunun istifadə verilməsi üçün qərarların qəbul edilməsinin zəruriliyindən danışmış və dəmir yolunun işə salınması üçün fəaliyyətə başlanılmışdır. Hazırda bu il davam edir. Eyni zamanda avtomobil yolu da işə salınmalıdır. Lakin onlar bu prosesi ləngidirlər.

İkincisi isə sərhədlərin delimitasiyası ilə bağlı məsələlər idi. Həmin danışıqlarda Soçi görüşünün nəticələri bəyan edilmişdi. Soçi görüşünün də əsas mühüm nəticələrindən biri delimitasiya üzrə komissiyanın yaradılması və işə başlaması idi ki, Ermənistan bu məsələni də hələ də ləngidir. İlin sonuna kimi bu istiqamətdə ciddi addımlar atılmalı idi. Lakin həmin tarixdən 1 aydan artıq vaxt keçib. Ermənistan yenə də əlavə şərt irəli sürüb ki, Azərbaycan və Ermənistan qoşunları durduqları yerdən sinxron şəkildə geri çəkilməlidirlər. Yalnız bundan sonra delimitasiya üzrə komissiya yaradıla bilər. Təbii ki, Azərbaycan tərəfi bunu qəbul etmir”.

Abutalıb Səmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, dünən Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda baş tutan görüş məhz bu iki məsələni sürətləndirməyə xidmət edir. Bu da təbii ki, Azərbaycanın maraqlarına cavab verir”.

Arzu Qurbanzadə

Digər xəbərlər