PDF Oxu

Siyasət

  • 1 942

Üçtərəfli görüş Azərbaycanın siyasi həyatının uğuru kimi dəyərləndirilməlidi - POLİTOLOQ AÇIQLADI

Üçtərəfli görüş Azərbaycanın siyasi həyatının uğuru kimi dəyərləndirilməlidi - POLİTOLOQ AÇIQLADI

"Avropa İttifaqının prezidenti və Fransanın Avropa İttifaqının sədrliyi qismində onlayn formada Azərbaycan və Ermənistan liderlərinin görüşü baş verdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bu görüş təbii ki, Azərbaycanın siyasi diplomatik qələbəsinin nəticəsidi: "Bir qrup məsələlər danışıqlar prosesində gündəmə gətirilmişdi. Ötən ilin dekabrında Burusel görüşünün davamı olan bu görüşdə qəbul olunan bəyənnamədə Azərbaycanın şərtləri - Zəngəzur dəhlizi, kommunikasiyanın təmin olunması, Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşdırılması, mina xəritələrinin verilməsi, itkin düşmüşlərin taleyi və s. kimi məsələlər idi. Düşünürəm ki, bu istiqamətdə Azərbaycan müəyyən istiqamətlərə nail olub. Avropa İttifaqının sülh çərçivəsində bu istiqamətdə apardığı danışıqlar müsbət yönümlüdü. Eyni zamanda bunun nəticəsində iki tərəf arasındakı münasibətlər normallaşaraq Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsinin qarşısı alınacaq. Hesab edirəm ki, bu görüşü Azərbaycanın siyasi müstəvidə apardığı uğurlu siyasətin nəticəsi kimi dəyərləndirmək olar".

Digər xəbərlər