PDF Oxu

Siyasət

  • 2 009

Prezidentin siyasətində humanizm siyasəti ən ali yerlərdən birini tutur - PARTİYA SƏDRİ AÇIQLADI

Prezidentin siyasətində humanizm siyasəti ən ali yerlərdən birini tutur - PARTİYA SƏDRİ AÇIQLADI

Bildiyimiz kimi, “Rossiya-24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və cənab Prezident İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət Formulu” verilişi yayımlanıb. Cənab Prezident bu verilişdə Mixail Qusmanın qaldırdığı suallara cavab verərək bir sıra mühüm məsələlərə toxunub”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.


Onun sözlərinə görə, bütün dünyanı faciəvi şəkildə cənginə almış koronavirus pandemiyası təbii ki, Azərbaycana da öz təsirini göstərdi: “Azərbaycan rəhbərliyi koronavirusun ölkəyə nüfuz etməsinə, onun inkişaf etməsinə mane olmaq üçün nə mümkündürsə onu da edib. Biz koronavirusun kəskin şəkildə yayılması zamanı şahidi olduq. Bildiyimiz kimi Azərbaycanda vaksinasiya kampaniyası başlanıldı. Azərbaycan koronavirusa qarşı mübarizədə nümunə ölkə kimi göstərilir. Bildiyimiz kimi son zamanlar Azərbaycan bütün beynəlxalq təşkilatlarda qaldırılan məsələlərə yanaşması ilə xüsusi mövqe nümayiş etdirən ölkələrdən biridir. 2020-ci ilin dekabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin Baş Assembleyası dövlət və hökumət başçıları səviyyəsində koronavirusa qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiya keçirildi.

Ümumiyyətlə bu gün hər bir Azərbaycan vətəndaşı birmənalı bilməlidir ki, Konstitusiyamıza uyğun olaraq ölkə başçısı əhalinin böyük bir hissəsinin səsi ilə ölkə başçısı seçilib. Hər bir azərbaycanlı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan bütün cəbhələrdə öndə olmaqla bərabər istər döyüş bölgəsində, istər xarici mətbuatda, istər televiziya kanallarında Azərbaycanın haqq səsini dünyaya çatdırdı və bunun nəticəsində torpaqlarımız işğaldan azad olundu.

Həmişə qeyd etmişəm ki, cənab İlham Əliyevin siyasətində humanizm siyasəti ən ali yerlərdən birini tutur. Bu gün infrastruktur layihələrinin həyata keçirilməsi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, işğaldan azad olunmuş torpaqlarda yeni layihələrin yaradılması üçün atılan addımlar Azərbaycan vətəndaşının gələcəyinə istiqamətlənmiş addımlardır”.

Digər xəbərlər