03 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş Nizamnamə və yerli partiya təşkilatlarının Əsasnaməsi tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 29 yanvar 2022-ci il tarixli qərarı ilə YAP Tərtər rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Əsədov Eldar Gəray oğlunun təqdimatı keçirilmişdir. Karantin qaydalarına ciddi əməl olunmaqla keçirilən təqdimat mərasiminə videoformatda qoşulan YAP Mərkəzi Aparatının məsul işçisi Elmar Məmmədov bildirmişdir ki, ölkəmizin ictimai-siyasi, sosial sahələrində aparılan islahatlar ölkənin hakim partiyaslı olan Yeni Azərbaycan Partiyasının həyatında da mühüm dəyişikliklərin edilməsini zəruri etmişdir. Partiyanın VII qurultayının qərarlarının tələblərinə uyğun olaraq yerli partiya təşkilatlarının çevikliyinin artırılması, partiya üzvlərinin məsuliyyətinin yüksəldilməsi onların yerli və ərazi partiya təşkilatları ilə əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edəcək tədbirlər yerli təşkilatların Əsasnaməsində öz əksini tapmışdır. Bu gün YAP sıralarına boy sırasının artırılması zamanı əsas diqqət dövlətə və dövlətçiliyə sədaqətli siyasi cəhətdən daha yetkin gənclərin sıralarımıza qatılmaları diqqət mərkəzində saxlanılmalıdır. Partiya daxili nizam- intizam yüksək səviyyədə təmin olunmalı, partiya üzvlərinin ərazi partiya təşkilatları ilə münasibətlərinin göstəricisi olan partiya üzvlük haqlarının yuxarı orqan tərəfindən qəbul olunmuş qaydada ödənilməsi diqqətdə saxlanılmalıdır.E.Məmmədov YAP rayon təşkilatının sədri təyin olunmuş Eldar Əsədovun keçdiyi həyat yolu, onun şəxsi keyfiyyətləri barədə məlumat verərək ona yeni vəzifəsində uğurlar arzulayaraq əmin olduğunu bildirdi ki, YAP Tərtər rayon təşkilatı, təşkilatın çoxsaylı üzvləri bundan sonra da partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətimiz və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində yürütdüyü daxili və xarici siyasəti birmənalı olaraq dəstəkləyəcəklər.Tədbirdə çıxış edən Statistika idarəsi ƏPT-nın sədri Ədalət Məmmədov, Tərtər şəhər İƏD ƏPT-nın sədri Sahib Həsənov, Təhsil ƏPT- nın sədri İntiqam Nuruyev, Seydimli kənd ƏPT- nın sədri Hicran Hüseynova və Poçtamt ƏPT- nın sədri İsgəndər Tanrıverdiyev bildirdilər ki, YAP Tərtər rayon təşkilatı həmişə dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində partiyamızın yürütdüyü siyasətin həyatımızda reallığa çevrilməsi üçün görülən işlərdə öncül olmuşdur. Bu gün rayon təşkilatına yeni sədr təyin edilən E.Əsədovu uzun illər birgə fəaliyyətdən yaxından tanıdıqlarını bildirərək ona uğurlar arzuladılar.
Rəfiqə