PDF Oxu

Siyasət

  • 2 556

YAP Zərdab rayon təşkilatına yeni sədr təyin olunmuş İlkin Əliyevin təqdimatı keçirilib

YAP Zərdab rayon təşkilatına yeni sədr təyin olunmuş İlkin Əliyevin təqdimatı keçirilib

4 fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatına yeni təyin olunmuş sədr İlkin Böyükağa oğlu Əliyev ərazi partiya təşkilatlarının sədrlərinə və partiya aktivlərinə təqdim olunub. Təqdimata onlayn formatda qoşulan YAP Mərkəzi Aparatının məsul əməkdaşı Rəşad Abbaszadə bildirib ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir. Nizamnamənin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 nömrəli qərarına əsasən İlkin Böyükağa oğlu Əliyevin partiyanın Zərdab rayon təşkilatına sədr təyin olunduğunu bildirən Rəşad Abbaszadə qazanılan uğurların bundan sonra da davamlı olması, rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrin və ümumilikdə rayon təşkilatının fəallarının diqqət mərkəzində olmalı olduğunu vurğulayıb. İlkin Əliyev öz növbəsində çıxış edərək göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Təqdimatda partiya fəallarından Gülağa İsgəndərov, Nailə Əliyeva və Ələkbər Kərimov çıxış ediblər.Təqdimat zamanı, həmçinin yerli təşkilatın qarşısında dayanan vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Zümrüd

Digər xəbərlər