"Ermənilərin təxribatları heç vaxt kəsilməyəcək. Çünki onların marağında olan odur ki, bölgədə gərginlik daimi xarakter alsın və onlar bundan sui-istifadə edərək bütün dünyaya car çəksinlər ki, Azərbaycan böyük problemlər yaradır. Onlar guya yenə də küncə sıxılmış və yalnız qalmış tərəfdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, sirr deyil ki, Ermənistan daim Azərbaycan və Türkiyə ilə qarşıdurmada həmişə üçüncü qüvvələrə, digər tərəflərə, ölkələrə arxalanır: "Artıq ermənilər başa düşürlər ki, onların siyasi mövqeləri get-gedə zəifləyir. Çünki ermənilərə 2020-ci ilin hərbi kampaniyasına qədər bir çox ölkələr, orada yaşayan ermənilər, diaspor strukturları həmişə onlara köməklik göstərirdilər. Ermənilər təbliğatı elə qurmuşdular ki, guya onlar müsəlman dünyasının beşiyində, mərkəzində olaraq həmişə sıxıntılarla üz-üzədirlər. Ancaq müharibədən sonrakı dövrdə bizim ideoloji sahədə yaratdığımız bu dəyişiklər dünyanın gözünü açdı və dünyanı agah etdi ki, problemlərin kökündə məhz erməni iddiaları durur. Bununla da bəzi qüvvələrin, ölkələrin onlara qarşı olan rəğbətləri azalır, həm də onlara ayırdıqları köməyi məhdudlaşdırırlar. Bu da təbiidir. Çünki ermənilər həmişə ələ baxan olub. İndiki şəraitdə ermənilər Azərbaycanın yeni reallıqlarının bölgədə formalaşdırılmasına maneçilik törətməyə çalışırlar. Ona görə də ermənilər ərazilərimizdə müxtəlif təxribatlar törətməyə çalışırlar. Onların məqsədi bütün dünyanı inandırmağa çalışmaqdır ki, guya bu bölgədə baş verən problemlərin yaradıcısı Azərbaycandır. Bununla dünya birliyi ermənilərin dərdinə yansın, onlara köməklik göstərsin və Azərbaycana qarşı təzyiqlərini artırsınlar".
Arzu Qurbanzadə