Estoniya Prezidenti Alar Karis Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.
SIA-nın xəbərinə görə, bu barədə Estoniya Prezidentinin "Twitter" hesabında məlumat verilib.
"Paylaşdığımız çox şey var - rəqəmsal və təhsil sahəsində əməkdaşlığımız çiçəklənir", Estoniya Prezidenti qeyd edib.
Bildirilib ki, görüşdə əməkdaşlıqdan və dəyişən, narahatedici təhlükəsizlik vəziyyəti barədə müzakirə aparılıb.