YAP Quba rayon təşkilatlatının sədri partiya aktivinə təqdim olundu. İlk olaraq Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Sonra tədbiri davam etdirən YAP Mərkəzi Aparatının məsul işcisi Orxan Bayramov qeyd edib ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir.Bildirilib ki, qazanılan uğurların bundan sonra da davamlı olması, YAP Quba rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrinin və ümumilikdə rayon təşkilatının fəallarının diqqət mərkəzində olmalıdır.YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək göstərilən yüksək etimada görə partiyamızın Sədri Cənab Prezidentimiz İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını qeyd edib.Çıxış edən YAP Quba rayon təşkilatının fəalları Mehparə Rüstəmova, Məhəmməd Şirinov, Elza Orucova və Anar Murtuzov YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynovanı təbrik ediblər, ona bu məsuliyyətli və şərəfli işdə uğurlar arzulayıblar.
Nəzakət ƏLƏDDİNQIZI