PDF Oxu

Siyasət

  • 2 294

Qanun mediamızın inkişaf tarixində yeni bir mərhələ təşkil edəcək - DEPUTAT ŞƏRH ETDİ

Qanun mediamızın inkişaf tarixində yeni bir mərhələ təşkil edəcək - DEPUTAT ŞƏRH ETDİ

"Media haqqında qanunun tətbiq edilməsi mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək. Hər şeydən öncə ona görə ki, yeni qanun bu inkişafı bütün parametrlərlə təmin edə biləcək hüquqi əsaslar və azadlıqları özündə ehtiva edir ki, bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, yeni cəmiyyət media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və məsuliyyəti media problemi idi ki, yeni qanunda bu məsələləri tənzimləyən hüquqi mexanizmlər də öz əksini tapıb: "Yəni media reystrinin önümüzdəki 6 ay ərzində yaradılmasının nəzərdə tutulması, jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyən edilməsi, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılmas kimi strateji istiqamətlərin inkişafı üçün hüquqi əsasların yaradılması yeni qanunun tətbiqi sayəsində mediamızın əldə edə biləcəyi mümüh nailiyyətlər kimi xarakterizə oluna bilər. Ən başlıca məsələlərdən bir yenə də jurnalistlərin məişət problemlərinin həll edilməsi və mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması məsələsidir. Bu mənada jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistə növbəti qayğısıdır. Bu yeni yanaşma jurnalistlərin məişət problemlərini kütləvi və birbaşa həlletmə imkanları yaradır. İki kateqoriyada güzəşt hüququnun tanınması isə həm 5 il jurnalist kimi əmək faliyyəti olan jurnalistlərə, həm ailə statusunda digərlərinə isə 15 illik əmək stajı əsasında nəzərdə tutulur. Bu da demək olar ki, davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir. Ona görə də media qanunun tətbiqinə paralel olaraq jurnalistlərin güzəştli kreditlərdən istifadə etməsi üçün hüquqi bazanın yaradılması da mediamızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi kimi də xarakterizə edilməlidir".

Arzu Qurbanzadə

Digər xəbərlər