PDF Oxu

Siyasət

  • 2 352

QHT-lər BMT-nin Baş Katibinə müraciət ediblər

QHT-lər BMT-nin Baş Katibinə müraciət ediblər

11 Fevral tarixində Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirib. SİA-nın verdiyi məlumata görə, toplantıda qeyd olunub ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən və açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşlar BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan Respublikasının Prezidentinə nifrət zəmnində hücum edirlər.Edilən xəbərdarlıqlara məhəl qoymayan bu insanların BMT strukturları tərəfindən cəzalandırılması və mandatlarına xitam verilməsi QHT sədrləri tərəfindən diqqətə çatdırılıb.Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin baş katibi Antonio Guterresə müraciət göndərilib.

sia.az

Digər xəbərlər