10 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva şəhid leytenant "Azərbaycan Bayrağı" ordenli Elnur Vəliyevin atası Əli Vəliyev ilə rayonun Qazıqumlaq kəndində Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu Qarayev Namiq Qarakişi oğlunun ailəsini ziyarət ediblər.Namiq Qarayevin anası Qarayeva Şərqiyə İsmayıl qızının bu gün 75 yaşı tamam olurdu. Ziyarətçilər valideyinlərlə söhbətlər edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Rayon təşkilatının sədri Şəhla Abdullayeva Qarayeva Şərqiyə İsmayıl qızının 75 yaşı tamam olması münasibətilə onu təbrik edib, can sağlığı arzulayıb.
Rəfiqə