11 fevral 2022- cil tarixdə YAP Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları Vətən müharibəsi Şəhidi Rzayev Ülfət Novruz oğlunun doğum günü münasibətilə anadan olduğu Tərtər rayonunun Cəmilli kəndində olan məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qarşısında qoyulmuş tapşırıqları və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə “ və “Şuşanın azad olunmasına görə “ medalları ilə təltif edilmişdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəfiqə