PDF Oxu

Siyasət

  • 1 991

"Paşinyan iddialarından imtina etməsə gərginlik aradan qalxmayacaq” - ÖZƏL-MÜNASİBƏT

"Paşinyan iddialarından imtina etməsə gərginlik aradan qalxmayacaq” - ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Fransa prezidenti Emmanuil Makronun təşəbbüsü ilə bu günlərdə baş tutan onlayn formatlı görüşdə Paşinyan münaqişə tərəfləri arasında ATƏT- in Minsk Qrupunun vasitəçiliyi ilə perspektivdə müqavilənin imzalana biləcəyinə dair fikir söyləmişdir. Lakin bu müqavilənin konkret olaraq nə zaman və hansı şərtlər müqabilində imzalana biləcəyi ilə bağlı məsələlərə kifayət qədər aydınlıq gətirilməmişdir”. Bunu politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Paşinyan nəzərdə tutulan müqavilənin Minsk Qrupunun iştirakı ilə özü də Qarabağın statusuna aydınlığın gətirilməsi zərurətinə eyham etmişdir, bu isə bizim maraqlarımıza uyğun gəlmir: “Belə ki, sülh sazişinin şərtlərinə imza atmazdan əvvəl Ermənistan ilk əvvəl 2020- ci ilin Moskva razılaşmasının şərtlərinə əməl etməli, bölgədə nəqliyyat dəhlizləri açılmalı və mütləq şəkildə dövlət sərhədlərimizin demiletasiyasi, demarkasiyasi ilə bağlı məsələlərə aydınlıq gətirilməlidir. Ermənistan rəsmi şəkildə Azərbaycan torpaqlarına olan iddialarından imtina etməli, Qarabağ məsələsi Azərbaycanın daxili problemi olduğu vurğulanmalıdır. Azərbaycan isə razılaşdırımış nəqliyyat dəhlizi ilə, ölkəmizin nəzarəti altında Ermənistan və Xankəndindəki ermənilər arasında əlaqələrə mane olmayacağı, məhdudiyyətlər yaratmayacaq ilə bağlı öhdəliklər götürə bilər. Dəhlizə Rusiya sülhməramlılarının nəzarəti isə tərəflərin qarşılıqlı razılıqları əsasında həyata keçirilə bilər. Sülh sazişinin ATƏT- in Minsk Qrupudakı həmsədr dövlətlərinin iştirakı ilə imzalanacağı halda seperatçılığın bir daha baş qaldırılmayacağı ilə bağlı problemlərdən sığortalanmaq olar”.

Müəllif: Gülyana

Digər xəbərlər