PDF Oxu

Siyasət

  • 2 782

YAP Şirvan şəhər təşkilatının yeni sədri ictimaiyyətə təqdim olunub - FOTOLAR

YAP Şirvan şəhər təşkilatının yeni sədri ictimaiyyətə təqdim olunub - FOTOLAR

YAP Şirvan şəhər təşkilatının yeni sədri ictimaiyyət nümayəndəlırinə təqdim olunub. Əvvəlcə partiyanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi yad olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, sonra Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında partiyanın idarə heyətinin qərarı ilə yeni təyin olunan sədr Zahir Qəhrəmanovun şəhər ictimaiyyətinə, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərlərinə təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində giriş sözü ilə çıxış edən Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Zahir Qəhrəmanovu ictimaiyyətə təqdim edərək barəsində geniş məlumat verib. Bildirib ki, Zahir Qəhrəmanov YAP-ın 1993-cü ildə o zamankı Əli Bayramlı indiki Şirvan şəhərində yaradılmasında fəal iştirak edib və şəhərin ictimai siyasi həyatında tanınan aktivlərdən olub.

Şəhər rəhbəri Zahir Qəhrımanova gələcək fəaliyyətində uğurlar arzulayıb və tövsiyələrini verib. Partiyanın veteranlarından Paşa Nəbiyev, təhsil şöbəsinin müdüri Rövşən Allahverdiyev, icra hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, 21 saylı orta məktəbin drektoru Səadət Quliyeva, 2 saylı məktəbin drektor müavini Elnur Novruzov çıxış edərək Zahir Qəhrəmanova təbriklərini çatdırıb partiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, sıralarınım genişləndirilməsi işlərində dəstək olacaqlarını vurğulayıblar.

Sonda Zahir Qəhrəmanov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirərək siyasi həmfikirləriylə birgə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün çalışacaqına söz verib.

İqbal Mikayılov

Digər xəbərlər