Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına başlanılıb. 2022-ci il fevral ayının 14-də YAP Qazax rayon təşkilatının Statistika idarəsi, Q.Hacımahmudova adına ümumtəhsil orta məktəb, Qazax şəhər 4 saylı tam orta məktəb, Qarapapaq kəndi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Hesabat-seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub.Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb. Statistika idarəsi ərazi partiya təşkilatında Faiq Paşayev sədr, Elçin Mustafayev sədr müavini, Q.Hacımahmudova adına ümumtəhsil orta məktəb ərazi partiya təşkilatında Yeganə Göyüşlü sədr, Çiçək Sanıyeva sədr müavini, Qazax şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatında Leyla Allahverdiyeva sədr, Türkan Rəhimova sədr müavini, Qarapapaq kənd ərazi partiya təşkilatında Şəhla Bayramova sədr, Aygün Musayeva sədr müavini seçiliblər.Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam-intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.
Rəfiqə