14 fevral 2022-ci il tarixdə Tərtər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatı sədrinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi. Görüşdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ümumilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anmışlar. Tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.Tədbirdə çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, YAP-ın yarandığı ilk gündən Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının yeni sədri Eldar Əsədovun hələ gənc yaşlarından müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışdığını, zəngin təcrübəyə, savada, dövlətə və dövlətçiliyə sadiq olmasını qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində də uğurlar arzuladı.YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə minnətdarlığını bildirərək bu etimadı layiqəncə doğrultmaq üçün bütün bacarıq və təcrübəsini əsirgəməyəcəyini qeyd etdi. O öz ətrafında 760 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyasını nəinki ölkəmizin, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olmasını vurğuladı. O, bütün bu nailiyyətlərin müasir, müstəqil Azərbaycan dövlətinin yaradıcısı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməldən və bu gün Prezident, partiyamızın sədri, cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində ölkəmizin sürətli inkişaf yoluna davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.O çıxışında YAP-ın VII qurultayından sonra Nizamnamə və Əsasnaməyə, müasir çağırışları özündə ehtiva edən dəyişikliklərdən bəhs edərək, bunların partiyanın dinamik inkişafında zəruri rol oynayacağını bildirdi. Hal-hazırda görülməkdə olan işlərdən və qarşıda duran vəzifələrdən danışan Eldar Əsədov partiya üzvlərinin siyasi fəallığının daha da artılmasının zəruriliyini vurğuladı.Tədbirdə çıxış edən Tərtər rayon İlk Peşə İxtisas Məktəbi ərazi partiya təşkilatının sədri, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, 2 saylı məktəb liseyin direktoru, partiya fəalı Gülarə Əkbərova və İrəvanlı kənd ərazi partiya təşkilatının sədri Bəxtiyar Cəfərov, rayon gənclər və idman idarəsinin müdiri, idarə ərazi partiya təşkilatının sədri Emin Pənahov, gənc partiya fəalı Orxan Mustafazadə, İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev və başqaları Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurları ilə ölkəmizin və regionun ən güclü siyasi təşkilata çevrildiyini bildirdilər. Çıxış edənlərin hər biri Eldar Əsədovu yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıblar.
Rəfiqə