PDF Oxu

Siyasət

  • 2 772

Ucar rayonunda şəhid Azad Cəlilovun adına inşa olunan bulağın açılış mərasimi keçirilib

Ucar rayonunda şəhid Azad Cəlilovun adına inşa olunan bulağın açılış mərasimi keçirilib

14 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Ucar rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəbrayıl Tağıyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, şəhid ataları, Alpout kənd 1 və 2 saylı tam orta məktəblərinin müəllim və şagirdlərinin bir qrupunun, kənd sakinlərinin iştirakı ilə 06 fevral 1994-cü ildə Kəlbəcər rayonunda-Murovdağda itkin düşmüş şəhid Azad Sabir oğlu Cəlilovun adına ailəsinin inşa etdiyi bulağın açılış mərasimində iştirak etmişlər.Azad Cəlilov 14 fevral 1975-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olmuşdur. Alpout kənd 1 saylı orta məktəbini bitirmişdir. 6 aprel 1993-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. 19 yaşının tamamına 8 gün qalmış Kəlbəcər rayonunda itkin düşmüşdür. 28 ildir Azadın valideynləri bir gün Azadın geri dönəcəyi ümidi ilə yaşayırlar.

Rəfiqə

Digər xəbərlər