PDF Oxu

Siyasət

  • 3 603

YAP Nəsimi rayon təşkilatında partiyanın veteran üzvü Zərifə Quliyeva ilə görüş keçirilib

YAP Nəsimi rayon təşkilatında partiyanın veteran üzvü Zərifə Quliyeva ilə görüş keçirilib

Fevralın 15-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatında partiyanın veteran üzvü, Nəsimi rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyevanın 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Zərifə xanımı doğum günü münasibətilə təbrik edərək ona cansağlığı və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, o, hər daim Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirib.
Göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Zərifə Quliyeva Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu bildirib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və YAP-ın cəmiyyətdəki mövqeyinin günü-gündən daha da gücləndirdiyini söyləyib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər