Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib.
Hesabat-seçki yığıncaqları Rəhimli, Veyisli, Yeni Veyisli, Qazanbulaq Şadlı, Qaradağlı, Yolqullar Statistika ərazi partiya təşkilatlarında keçirilib.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda çıxış edən rayon təşkilatının sədri Elçin İsmayılov və sədr müavini Əzra Həşimova bildiriblər ki, bu gün Yeni Azərbaycan Partiyası sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib və ona rəqib olacaq siyasi qüvvə mövcud deyil. Qeyd olunub ki, vətəndaşların böyük əksəriyyəti partiya sıralarında sıx birləşərək həyata keçirilən sosial və iqtisadi islahatların icrasında fəal şəkildə iştirak edirlər.
Daha sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
yap.org.az