PDF Oxu

Siyasət

  • 4 092

Quruculuq işləri Ağdam şəhərinin inkişafında böyük əhəmiyyət kəsb edir

Quruculuq işləri Ağdam şəhərinin inkişafında böyük əhəmiyyət kəsb edir

“13 fevral 2022-ci il tarixində cənab Prezident Ağdam və Ağcabədiyə səfər edib. Son günləri təhlil etsək, cənab Prezidentin bölgələrə və Bakı ətrafı bölgələrə səfəri müəyyən açılışlar təməlqoyma tədbirlərində iştirak etməsi böyük əhəmiyyət daşıyır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin hazırda işinin çox olmasına baxmayaraq bölgənin inkişafına dair proseslərdə də hər zaman yaxından iştirak edir. Ağdam çox qədim bir yaşayış bölgəsidir. Eyni zamanda Ağdamın işğaldan azad olunmuş bir bölgə olaraq, qısa zamanda orada tikinti-quruculuq işlərinin sürətlə davam etdirilməsinə töhvə verilib. Cənab Prezident nəinki, Ağdam bütün bölgələrdə yenidənqurma tədbirlərinin sürətləndirilməsi, həmin bölgənin inkişafına müsbət yönümlü təsirin göstərilməsi ilə bağlıdır. Bunu istər Gəncə şəhərində, istərsə də Ağdam və Ağcabədi səfərləri zamanı da bir daha əyani şəkildə gördük. Burada görülən quruculuq işləri Ağdam şəhərinin inkişafında böyük əhəmiyyət kəsb edir. Ağdam sənaye parkı barəsində də mütləq danışmaq lazımdır. Böyük sahəni əhatə edən kompleks bir tədbirdir. Bildiyimiz kimi 190 ha ərazini əhatə edəcək Ağdam sənaye parkında yaxın gələcəkdə istifadəyə veriləcək yeni təməl daşı qoyulub. Qısa zamanda həmin sənaye parkında başlanılan quruculuq işləri başa çatdıqdan sonra həm iş yerlərinin aşılmasına səbəb olacaq, həm də iqtisadiyyat və digər sahələr üzrə inkişafa səbəb olacaq. Bununla bərabər sahibkarlara böyük bir meydan, imkan yaradılır. Belə ki, onlar həm işğaldan azad olunmuş bölgələrimizə investisaya yatırsınlar. Dövlət də bu məqsədlə sahibkarlarımıza öz diqqətini göstərcəcək və bu proses müsbət formada davam etdiriləcək. Eyni zamanda cənab Prezident azad edilmiş bölgələrdə 9 yarımstansiyanın tikilib təhvil verilməsini də qeyd edib. “Ağdam 1” və “Ağdam 2” yarımstansiyalarının yaradılması da əsas verir ki, o bölgələrdə enerji təminatı yüksək səviyyədə təmin edilsin, eyni zamanda yol infrasturkturu lazımi səviyyədə qurulsun. Ölkə rəhbəri bütün bunları düşünərək planlı şəkildə ilkin olaraq yol infrasturukturu və enerji təminatını həyata keçirir ki, orada işləyəcək sahibkarlar öz işlərini ləngimədən, hər hansı bir problemlə üzləşmədən həyata keçirə bilsinlər. Bununla yanaşı cənab Prezidentin səfəri zamanı Ağdam şəhərində yeni yaşayış kompleksinin təməli qoyulub. Yaşayış kompleksi ilə də bərabər sosial obyektlərin də təməli qoyuldu. Eyni zamanda içməli su məsələsi də daim diqqətdədir. Bu istiqamətdə işlər də aparılır. Qaz çəkilişi ilə bağlı da müəyyən işlər görülür. Yol infrastukturu ilə bağlı işlər isə sürətlə davam etdirilir. Bütün bölgələrimizdə eyni zamanda Bərdə-Ağdam dəmiryolu, Füzuli-Ağdam yolunun Füzulidə əsası qoyulmuş hava limanının ora gedəcək insanların bölgələrə planlı şəkildə həyata keçirilir ki, gediş-gəliş normal şəkildə qurulsun. Bu işlərin heç biri kor-koranə şəkildə aparılmır. Cənab Prezident vurğulamışdı ki, bütün bölgələrin yenidən qurulması əsas baş plan əsasında aparılmalıdır. Ağdam, Füzuli, Şuşanın artıq baş planları hazırlanıb və təstiqlənib.

Bütün bunlarla yanaşı Birinci vitse Prezidenti həmçinin Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın da fəaliyyətini vurğulamaq lazımdır. İşğaldan azad olunmuş bölgələrimizə olan səfərlərdə hər zaman Mehriban xanım Əliyeva da iştirak edib. Milli-mənəvi dəyərlərimizin bərpasına, qorunmasında onların yenidən qurulmasında çox yaxından iştirak edir. Bütün bölgələrdə dağıdılmış, viran qoyulmuş tarixi, dini abidələrimiz yenidən qurulub bərpa edilir. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini mütləq vurğulamaq lazımdır. Bunu ölkə ictimaiyyəti də izləyir və görür. Ölkə rəhbərinin eyni zamanda birinci vitse Prezidentin bu bölgələrə səfəri tikinti-quruculuq işlərində yaxından iştirak etməsi ölkə ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanır.
Cənab Prezident çıxışı zamanı hər birimizi narahat edən məsələlərdən biri Azərbaycan-Ermənistan arasında hazırda bağlanmış bəyanatdan sonra sülh sazişinin eyni zamanda sərhədlərin müəyyənləşdirilməsinin Ermənistan tərəfindən qəti şəkildə uzadılmasına da münasibət bildirmişdir. Cənab Prezident bir daha vurğaladı ki, Ermənistan tərəfi sülh sazişi ilə bağlı məsələni uzatmamalıdır. Əks təqdirdə çıxılmaz vəziyyətdə olduqlarını da diqqətə çatdırıb. Bəzən Ermənistan rəsmiləri tərəfindən xoşagəlməz fikrilər narahatçılıq törədir. Bunu Ermənistan rəsmiləri bir daha götür-qoy etməlidirlər. Bu fürsətdən lazımi səviyyədə yararlanmalıdırlar. Bəyanatda nəzərdə tutulmuş bütün iddiaları qeyri-şərtsiz qəbul etməlidirlər. Cənab Prezident eyni zamanda Zəngəzur dəhlizi ilə də bağlı müəyyən fikirlər söyləyib. Zəngəzur dəhlizi tək avtomobil və dəmir yolu kimi nəzərdə tutulmayıb.

Cənab Prezidentin Ağcabədiyə də səfər edib. Burada da bir çox açılışların böyük layihələrin əsası qoyulub. Eyni zamanda cənab Prezident müəyyən təməlqoyma tədbirlərində də iştirak edib. Bu onu göstərir ki, cənab Prezident nəinki işğaldan azad olunmuş bölgələrimizin inkişafı ilə yanaşı digər bölgələrin inkişafını da hər zaman diqqətdə saxlayır. Burada müəyyən kəndləri birləşdirən avtomobil yolunun açılışında da iştirak edib. Bütün bunlar göstərir ki, ölkə rəhbəri kompleks şəklində bölgələrimizin sosial iqtisadi inkişafına böyük əhəmiyyət verib, diqqət göstərir. Onların daha rahat yaşamasına xidmət edən bir amildir. Düşünürəm ki, ölkə Prezidentinin uğurlu və uzaq görən siyasətinin nəticələri bu gün artıq reallaşıb. Yeni müstəvidə də bu davam etdiriləcək. Bölgəmizdə bu işlərin uğurla davam etdirilməsi çox müasir tələblərə cavab verən işlərin uğurla həyata keçirilməsi bizə imkan verir ki, planlı şəkildə öz yurdlarına qayıdacaq”.

Digər xəbərlər