“13 fevral 2022-ci il tarixində cənab Prezident İlham Əliyev Ağdam və Ağcabədiyə səfər edib. Son günləri təhlil etsək, cənab Prezidentin rayonlara və Bakıətrafı bölgələrə səfəri, müəyyən açılışlar, təməlqoyma tədbirlərində iştirak etməsi böyük əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.Onun sözlərinə görə, cənab Prezident işinin çox olmasına baxmayaraq, bölgənin inkişafına dair proseslərdə də hər zaman yaxından iştirak edir. Ağdam çox qədim bir yaşayış bölgəsidir. Eyni zamanda Ağdamın işğaldan azad olunmuş bir bölgə olaraq, burada qısa zamanda tikinti-quruculuq işlərinə başlanılması və bu prosesin sürətlə davam etdirilməsi böyük əhəmiyyət daşıyır. Cənab Prezident nəinki Ağdam, bütün bölgələrdə yenidənqurma tədbirlərinin sürətləndirilməsi, həmin bölgənin daha da inkişaf etdirilməsini hər zaman diqqətdə saxlayır. Bunu istər Gəncə şəhərində, istərsə də Ağdam və Ağcabədi səfərləri zamanı da bir daha əyani şəkildə gördük. Burada görülən quruculuq işləri Ağdam şəhərinin daha sürətlə tikinti-quruculuq işlərinə böyük töhvə verəcək. Ağdam sənaye parkı böyük sahəni əhatə edən kompleks tədbirlərdən ibarətdir. Bildiyimiz kimi 190 ha ərazini əhatə edəcək Ağdam sənaye parkında yaxın gələcəkdə istifadəyə veriləcək yeni təməl daşı qoyulub. Qısa zamanda həmin sənaye parkında başlanılan quruculuq işləri başa çatacaq. Daha sonra isə həm yeni iş yerləri açılacaq, həm də bölgə iqtisadiyyatının inkişafına böyük təsir göstərəcək. Bununla bərabər sahibkarlara böyük bir meydan, imkan yaradılır. Belə ki, onlar işğaldan azad olunmuş bölgələrimizə investisaya yatıra biləcəklər. Dövlət də bu məqsədlə sahibkarlarımızdan lazımi dəstəyini və diqqətini əsirgəmiyəcək.Eyni zamanda cənab Prezident azad edilmiş bölgələrdə 9 yarımstansiyanın tikilib, təhvil verilməsini də qeyd edib. “Ağdam 1” və “Ağdam 2” yarımstansiyalarının yaradılması da əsas verir ki, o bölgələrdə enerji təminatı yüksək səviyyədə təmin edilsin, eyni zamanda yol infrasturkturu lazımi səviyyədə qurulsun. Ölkə rəhbəri bütün bunları planlı şəkildə ilkin olaraq yol infrasturukturu və enerji təminatını həyata keçirir ki, orada fəaliyyət göstərəcək şirkətlər öz işlərini ləngimədən, hər hansı bir problemlə üzləşmədən həyata keçirə bilsinlər. Bununla yanaşı cənab Prezidentin səfəri zamanı Ağdam şəhərində yeni yaşayış kompleksinin, sosial obyektlərin də təməli qoyulub. Eyni zamanda içməli su, qaz çəkilişi, yol infrasturukturu ilə bağlı məsələlər də sürətlə davam etdirilir. Bərdə-Ağdam dəmiryolu, Füzuli-Ağdam yolunun bərpası da çox böyük əhəmiyyətə malikdir. Cənab Prezident vurğulamışdı ki, bütün bölgələrin yenidən qurulması əsas baş plan əsasında aparılmalıdır. Ağdam, Füzuli, Şuşanın artıq baş planları hazırlanıb və təstiqlənib.Birinci vitse Prezident Mehriban xanım Əliyevanın da işğaldan azad olunmuş bölgələrdəki fəaliyyətini mütləq vurğulamaq lazımdır. Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların yenidən qurulmasında Mehriban xanım Əliyevanın xidmətləri mühim əhəmiyyət kəsb edir. Bütün bölgələrdə dağıdılmış, tarixi, dini abidələrimiz yenidən qurulub, bərpa edilir. Bunu ölkə ictimaiyyəti də izləyir və görür. Ölkə rəhbərinin eyni zamanda Birinci vitse Prezidentin işğaldan azad olunmuş bölgələrə səfəri, tikinti-quruculuq işlərində birbaşa iştirak etmələri ölkə ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanır.Cənab Prezident çıxışı zamanı Azərbaycan-Ermənistan arasında imzalanmış bəyanatdan sonra sülh sazişinin eyni zamanda sərhədlərin müəyyənləşdirilməsinin Ermənistan tərəfindən uzadılmasına da qəti şəkildə münasibət bildirib. Cənab Prezident bir daha vurğulayıb ki, Ermənistan tərəfi sülh sazişi ilə bağlı məsələni uzatmamalıdır. Ölkə rəhbəri əks təfərin çıxılmaz vəziyyətdə olduqlarını da diqqətə çatdırıb. Bəzən Ermənistan rəsmiləri tərəfindən xoşagəlməz fikrilər narahatçılıq törədir. Bu məsələni Ermənistan rəsmiləri bir daha götür-qoy etməlidirlər. Bu fürsətdən lazımi səviyyədə yararlanmalıdırlar. Bəyanatda nəzərdə tutulmuş bütün müddəaları qeyri-şərtsiz qəbul etməlidirlər. Cənab Prezident eyni zamanda Zəngəzur dəhlizi ilə də bağlı mühim fikirlər söyləyib. Zəngəzur dəhlizi tək avtomobil və dəmir yolu kimi nəzərdə tutulmayıb. Bura bir çox komnukasiya xətlərinin çəkilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.Ölkə rəhbəri Ağcabədi rayonuna səfəri zamanı bir çox icra olunmuş layihələrin açılışında da iştirak edib. Bu onu göstərir ki, cənab Prezident nəinki işğaldan azad olunmuş bölgələrimizin inkişafı, eyni zamanda digər bölgələrin inkişafını da hər zaman diqqətdə saxlayır. Burada müəyyən kəndlərarası avtomobil yollarının açılışında da iştirak edib. Bütün bunlar göstərir ki, ölkə rəhbəri kompleks şəklində bölgələrimizin sosial, iqtisadi inkişafına böyük əhəmiyyət verir. Ölkə rəhbərinin uğurlu və uzaqgörən siyasətinin nəticələri öz bəhrəsini verir. Yeni müstəvidə də bu işlər davam etdiriləcək. Bölgəmizdə bu işlərin uğurla davam etdirilməsi, çox müasir tələblərə cavab verən işlərin uğurla həyata keçirilməsi hər birimizdə inam yaradır ki, keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına daha tez qayıdacaqlar”.
Müəllif: Səbinə Hüseynli