Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Dövlət İdarəetmə və Texnalogiya Kolleci, Peşə Liseyi, Rayon Telekommunikasiya Qovşağı, Radio-Televiziya stansiyası, şəhər 4 saylı tam orta məktəb, şəhər 7 saylı tam orta məktəb, şəhər 8 saylı tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxılıb. Səbinə Qurbanova Dövlət İdarəetmə və Texnalogiya Kolleci ərazi partiya təşkilatının sədri, Nərmin Abışova sədr müavini, Elxan Əliyev Peşə Liseyi ərazi partiya təşkilatının sədri, Dinar Əliyev sədr müavini, Elşən Mustafayev Rayon Telekommunikasiya Qovşağı ərazi partiya təşkilatının sədri, Fuad Nəbiyev sədr müavini, Ramiz Məmmədov Radio-Televiziya stansiyası ərazi partiya təşkilatının sədri, Cavid Əliyev sədr müavini, Elşad Əliyev şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Firəngiz Məmmədyarova sədr müavini, Tamella Əfəndiyeva şəhər 7 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Dilarə Rəşidova sədr müavini, Sədaqət Abdulova şəhər 8 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Xatirə Əzizova isə sədr müavini seçiliblər
İclasların sonunda YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
yap.org.az