Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 9 saylı və 37 saylı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Cəmilə Əhmədova 9 saylı ərazi partiya təşkilatının sədri, Şəhla Aslanova sədr müavini, Aysel Eldarlı 37 saylı ərazi partiya təşkilatının sədri, Sevinc Quliyeva sədr müavini seçiliblər.
yap.org.az