16 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev və şəhid Şahı Məmmədlinin ailə üzvləri ilə birlikdə rayon mərkəzində şəhid leytenant "Azərbaycan Bayrağı" ordenli Elnur Vəliyevin ailə üzvləri ilə görüşmüşlər. Şəhidimizin anası Nailə Əliyevanın 65 yaşı tamam olurdu. Elnur Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi "Xocavəndin azad olunmasına görə" medalı Əli Vəliyevə təqdim edildi.
Rəfiqə