PDF Oxu

Siyasət

  • 2 662

YAP Zərdab rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

YAP Zərdab rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib

Zərdab rayon Gənclər və İdman İdarəsi və Uşaq və Ailələrə Dəstək Mərkəzi ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib. YAP Zərdab rayon təşkilatının məsul işçilərinin iştirakı ilə keçirilən yığıncaqlarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi şərəfli inkişaf yolundan, bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbəri olduğu partiyanın ölkəmizdə, həmçinin beynəlxalq aləmdə böyük nüfuza malik olmasından, regionun ən güclü siyasi təşkilat olduğundan bəhs edilib.Yığıncaqlarda gündəlikdə duran məsələlərə uyğun olaraq ərazi partiya təşkilat sədrlərinin hesabat məruzələri dinlənilib və yeni sədr və müavinlər seçilib.Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı adından ərazi partiya təşkilatlarına yeni seçilən sədr və müavinlər təbrik edilərək, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər