PDF Oxu

Siyasət

  • 3 083

“3+3” formatı kənar qüvvələrin regiona təsirini azalta biləcək layihədir - PARTİYA SƏDRİ AÇIQLADI

“3+3” formatı kənar qüvvələrin regiona təsirini azalta biləcək layihədir - PARTİYA SƏDRİ AÇIQLADI

"“3+3” formatı regional inkişafa böyük töhfə verəcək. Qarabağ zəfərindən sonra “3+3” əməkdaşlıq platformasının həyata keçirilməsi regionun inkişafı üçün əlverişli şərait yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.Onun sözlərinə görə, "3+3" formatı birmənalı olaraq, Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq və yaxud da "3+3" əməkdaşlıq platformasıdır: "Bu gün bu əməkdaşlıq platformasının özəyinin Azərbaycan olması isə ölkəmizin beynəlxalq maraqların kəsişdiyi bir mövqeyə sahib olması deməkdir. Bu gün “3+3” platformasına daxil ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara məbləğinə yaxın dəyərində qiymətləndirsək, bu tendensiyanın ümumilikdə ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı kimi dəyərləndirmək belə mümkündür".Əsli Kazımova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü "3+3" regional layihəsi, birbaşa nəqliyyat yollarının inkişafı üçün böyük əhəmiyyət daşıyır: "“3+3” mexanizmi birbaşa irimiqyaslı enerji və turizm layihələrinin həyata keçirilməsi üçün də böyük perspektivlər vəd edə biləcək layihədir. Bu isə Avrasiyanın inkişafı kimi dəyərləndirilməlidir. Mən hələ bunun sadəcə iqtisadi dividentlərini deyirəm. Bu platformanın siyasi dividentlərini isə saymaqla bitmir. Bu platformanın həyata keçirilməsi birmənalı olaraq, kənar qüvvələrin regiona təsirini azaldılması deməkdir. Bir sözlə, Ermənistanın belə iqtisadi, ticari və siyasi maraqlarının kəsişdiyi “3+3” formatı regionda sülh və barışın təminatı ola biləcək bir layihədir, deyə bilərik”.

Arzu Qurbanzadə

Digər xəbərlər