PDF Oxu

Siyasət

  • 2 231

YAP Səbail rayon təşkilatının 29-cu ildönümünə həsr olunmuş tədbir baş tutub - YENİLƏNİB -FOTOLAR

YAP Səbail rayon təşkilatının 29-cu ildönümünə həsr olunmuş tədbir baş tutub - YENİLƏNİB -FOTOLAR

Bu gün YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranmasından, Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə Azərbaycandakı böhran vəziyyətdən danışıb.

Muxtar Nağıyev həmçinin qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycan ziyalıları buna göz yuma bilmədilər və Ulu Öndər Heydər Əliyevə müraciət etdilər.

Bundan əlavə Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yarandığı ilk dövrdən keçdiyi çətin və keşməkeşli yoldan danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalq üçün, dövlət üçün gördüyü işlər göz qabağındadır: “Ümummilli Lider Heydər Əliyev elə bir dövrdə hakimiyyətə gəlmişdi ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət çox ağır idi. Belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə ancaq xalqını sevən biri götürə bilərdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bir çox islahatlar həyata keçirildi. Heydər Əliyevin qətiyyəti, qüdrəti Azərbaycanı parçalamaqdan qurtardı, Azərbaycan gəncliyi istiqamətində çox böyük işlər görüldü. 44 günlük Vətən müharibəsindəki Zəfərimizin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək bildirib ki, YAP Azərbaycanda və regiondakı yeganə partiyadır ki, müstəqilliyinə nail olmaq istədiyi dövlətin uğrunda çox çətin yollardan keçib.

Bahar Muradova bu günə qədər keçdiyimiz yola qürurla baxmalı, tənqidlə yanaşmalı olduğumuzu qeyd edib: “Bizim milli-mənəvi ailə dəyərlərimiz ən başlıca prioritetlərimizdəndir. YAP ilk olaraq Azərbaycançılıq, dövlətçilik ideyasını qarşımıza qoydu. YAP-ın digər partiyalardan fərqi ondan ibarətdir ki, bu partiya məhz bu prinsiplər üzrə fəaliyyətini davam etdirir. YAP təkcə yeni Azərbaycan dövlətini qurmadı, həmçinin yeni Azərbaycan insanını yaratdı”.

Daha sonra tədbirdə çıxış edən 91-lərin nümayəndəsi Şahlar Əsgərov YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edib. Şahlar Əsgərov Azərbaycanda gənclər siyasətinin hazırda uğurla həyata keçirildiyini və bunun daha səmərəli həyata keçirilməsinə nail olmağı vurğulayıb.

Milli Məclisin deputatı Nigar Arparadari Yeni Azərbaycan Partiyasının hakim partiya olduğunu bildirib. Nigar Arparadarai YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibəti ilə təbrik edib.

Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdür müavini Məhəmməd Məhərrəmov çıxışında bildirib ki, bu gün Azərbaycan gəncliyinin formalaşdırılmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu olduğunu və bu gün Azərbaycan gənclərinin bu gün inkişaf etməsində dövlətin mühüm rolu olduğunu vurğulayıb.

Digər çıxış edən partiya fəalları - Riyad Rüstəmli, Rizvan Vahabov, Səyyad Aran və Kərim Tahirov Yeni Azərbaycan Partiyasının bugünədək qazandığı uğurlardan danışaraq YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edib.

Sonda isə Kərim Tahirovun 70 illik münasibəti ilə YAP Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib.

Digər xəbərlər