YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov qrafik üzrə Qızılgül uşaq bağçası, 13, 14, 9, 11, 12, 1 və 2 saylı orta məktəblərindəki ilk partiya təşkilatlarında partiyanın fəalları ilə görüşlər keçirib, hesabatları dinləyib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ilk partiya təşkilatlarında YAP Şirvan şəhər təşkilatının sədrinə qarşıya qoyulan vəzifələr barədə məlumatlar verilib.Hakim Yeni Azərbaycan Partiyasının sədri, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu uğurlu daxili və xarici siyasi kursu layiqincə və səlist şəkildə həyata keçirməsinin nəticəsində əldə olunan uğurlardan, insanların rifah halının yüksədilməsindən, yeni infrastruktur lahiyələrin gerçəkləşməsindən və ən əsası 30 il ərzində tarixi Qarabağ torpaqlarının düşmən işğalından azad olunmasından geniş, ətraflı məlumatlar verilir, diskusiyalar keçirilir.Z.Qəhrəmanov partiya fəalları ilə mütəmadi görüşlərin keçiriləcəyini və hər kəsin üzərinə düşən vəzifənin layiqincə yerinə yetirəcəyinə əmin olduğunu siyasi əqidədaşlarının diqqətinə çatdırıb. Sonda təşkilatı məsələlərə baxılıb və ərazi ilk partiya təşkilatlarına sədrlər seçilib.
İqbal Mikayılov