"Digər ölkələrlə olduğu kimi Azərbaycanın Polşa ilə çox yüksək əlaqələri var. Bu əlaqələr sürətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bu gün Avropa ölkələri arasında Azərbaycanın çox əlaqədə olduğu dövlətlərdən biri də Polşadır: "Azərbaycan Polşa ilə əlaqələrinə hər zaman önəm verir. Polşa Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə hər zaman Azərbaycanın yanında olub. Azərbaycana öz dəstəyini əsirgəməyib. Bu gün əminliklə deyə bilərik ki, Polşa-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu münasibətlərin inkişaf etməsi üçün Azərbaycan tərəfi öz üzərinə düşəni edir. Hesab edirik ki, növbəti illərdə də bu əlaqələr daha da inkişaf edəcək, daha da güclənəcək. Siyasi, iqtisadi, humanitar, ticarət sahələrində iki dövlət arasındakı münasibətlər yeni bir mərhələyə qədəm qoyaraq digər dövlətlər üçün nümunəvi münasibətə çevriləcək".
Arzu Qurbanzadə
sia.az