PDF Oxu

Siyasət

  • 3 419

Erməni separatçıları hələ də xülyalarla yaşayırlar KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Erməni separatçıları hələ də xülyalarla yaşayırlar KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Qarabağda yaşayan erməni separatçıları, onlara dəstək verənlər ağır məğlubiyyətdən nəticə çıxarıb yuxudan ayılmayıblar. Onlar yeni fikirlərə düşür, şirin xəyallarla yaşayır, hərbi güc toplamaq, torpaqları geri qaytarmaq arzusu ilə yeni iclaslar keçirir, qanunlar, qərarlar qəbul edirlər. Ancaq bilmirlər ki, qondarma “DQR” - in qərar qəbulu məsələsində heç bir subyektivliyi yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, çünki Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur və bu torpaqlar Azərbaycanındır.

“Əgər bu gün ortada Rusiya - Azərbaycan - Ermənistan formatı varsa, üçtərəfli bəyanatlar imzalanıbsa, baş nazirlərin müavinləri səviyyəsində komissiya yaradılıbsa və danışıqlar bu üç dövlətin rəhbərləri çərçivəsində aparılıb lazımi qərarlar qəbul edilibsə, Qarabağda müvəqqəti qərar tutan separatçıların hansısa bir qanun, qərar qəbul etməsi əsasızdır və bu quru kağız parçasından başqa bir şey deyildir. Separatçılar ömürlərinin sona çatdığını başa düşdükləri üçün hər bir vasitəyə əl atır, xalqımızı qıcıqlandırmağa çalışırlar. Ancaq bilmirlər ki, hər iş səbirlə, təmkinlə, siyasətlə həyata keçiriləndə uğurlu alınır, fayda verir. Necə ki, Prezidentimiz, xalqımız üçün illər boyu erməni təcavüzünə dözdü, tablaşdı, ancaq vaxt çatanda əməli tədbirlər görüldü. Erməni separatçıları bu torpaqlardan tez bir zamanda ya əsir, ya da məhkum kimi çıxacaqlarını yaxşı bilirlər. Ona görə də özlərinə xal qazanmaq, nəfəs vermək üçün müxtəlif təxribatlara əl atır, oyunbazlıq edirlər. Ancaq göstərilən cəhdlərin faydası yoxdur. Onlar tezliklə haqq-ədalət qarşısında cavab verəcəklər”, deyə Tahir Rzayev bildirib.

Digər xəbərlər