Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kremldə imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federsiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.
Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur və hazırda Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. İstər Türkiyə, istərsə də Rusiya bəyəmnamələri qazandığımız hərbi Zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsin də, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsin də mühüm əhəmiyyət kəsb edir.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir hər iki ölkənin bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına bir daha etibarlı zəmin yaratmaqdan ibarətdir. Azərbaycan Rusiya müstəqil xarici, daxili siyasət həyata keçirir, hərbi əməkdaşlıq istiqamətində mövcud olan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf etdirir.
Kremldə imzalanmış bəyannamədə ərazilərimizin toxunulmazlığı və torpaqlarımızın bütövlüyünün tanınması Ermənistanın siyasi dairələrini artıq narahat etməyə başlamışdır. Onların son ümid yerləri olan Rusiya ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığının daha da inkişaf etməsindən ciddi nəticə çıxartmalıdırlar.
Əminik ki, erməni separatçılarının Dağlıq Qarabağ ərazisindən çıxarılmasında, işğaldan azad olunmuş torpaqlarımızda etibarlı sülhün tam bərqərar olunmasında Moskva Bəyannaməsi böyük rolu oynayacaqdır.
Rafiq Əliyev
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri