PDF Oxu

Siyasət

  • 3 661

"Deyəsən, İran da artıq bu reallıqla barışıb”

...“Həyat bayramı“nın” yad insanları?

"Deyəsən, İran da artıq bu reallıqla barışıb”

“...Bu bəyannamə hər iki ölkənin təhlükəsizliyinin və regiondakı sabitliyinin qarantıdır”.

“...Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur”.

“...Müttəfiqlik bəyannaməsi Rusiya və Azərbaycan üçün eyni dərəcədə faydalıdır".

Bir daha xatırladaq ki, ötən gün Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin arasındakı danışaqların yekunu olaraq müttəfiqlik, əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Qeyd edək ki. bu bəyannamənin böyük əhəmiyyət kəsb etdiyini təkcə hər iki dövlət nümayəndələri deyil, hətta başqa xalq nümayəndələri də etiraf edirlər. Deyim ki, yuxarıda təqdim edilən fikirlər də, Moskva Bəyannaməsi ilə bağlı səsləndirilən çoxsaylı rəylərdən bəzi nümunələridir.

Bəli, Moskvada iki dövlət rəhbəri tərəfindən imzalanan müttəfiqlik bəyannaməsi regionda sülhə, təhlükəsizliyə böyük bir önəm verəcək deyə çoxları tərəfindən yüksək səviyyədə təqdir edilir.

Amma, nədənsə, iki ölkə rəhbəri tərəfindən təqdim edilən belə bir humanist bəyannamə həmişə olduğu kimi, bu dəfə də ermənilər tərəfindən “bəyənilmir”. Hətta ermənilər Ermənistanda Rusiyanın bu əməlinə etiraz demirəm, sadəcə olaraq, hiddətlənməyə belə cəsarət etməyən ölkə rəhbərinin olduğuna “təəccüblənirlər”.

Maraqlıdır ki, bəzi erməni saytları dolayı şəkildə olsa da, tərəflərin, “...yəni Bakı ilə Moskvanın məqsədlərinə çatdıqlarını” “etiraf” edib “...vay bizim halımıza” deyərək, “erməni yazıqlığı” nümayiş etdirməyə başlayıblar. Bəli, adıyla tanınan məlum “erməni yazıqlığı” ... o da maraqlıdır ki, ermənilər hətta, Azərbaycan tərəfinin Qərbin qəzəbli reaksiyasından, Ukraynanın qınaqlarından qorxmadığına da “təəccüblərini” gizlətmirlər.

“...Bu gün Azərbaycanın hər şeyi var, bəs, bizim nəyimiz var?”. Deyim ki, daha çox həqiqəti özündə əks etdirən, erməni etirafıdır. Amma maraqlı da olsa, hazırda ermənilər“heç nələrinin olmaması”nın günahını da ruslarda görürlər. Təbii ki, ermənilərə görə, bunu da “qəbul etmək” olar. Amma Moskvanın Bakıya böyük “etimad göstərib” bu ölkə ilə müttəfiqlik münasibətlərini özündə əks etdirən 43 bənddən ibarət sənəd imzalamasını heç cür qəbul etmək istəmirlər. Ermənilərə görə, bu rusların onlara olan müttəfiqlik münasibətlərini şübhə altına almış olub. Əslində, ermənilər Kremlin Bakı ilə İrəvanı eyni bərabərhüquqlu müttəfiq kimi görməsini heç cür həzm etmək istəmirlər.

Qeyd edək ki, onlara yer edən bəyannamədəki tərəflərin “...silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyəti, o cümlədən birgə əməliyyat və döyüş hazırlığı tədbirlərinin keçirilməsini, habelə ikitərəfli hərbi əməkdaşlığın digər sahələrini inkişaf etdirəcəkləri” barədə müddəadır.

Onu da qeyd edək ki, bu müddəa bəyannamənin 13-cü bəndində öz əksini tapıb.

“...Deməli, 44 günlük müharibə dövründə biz ermənilərə ən müasir silahlarını verməkdən imtina edən Rusiya indi Azərbaycanla belə bir bəyannamə imzalayır?”.

Bu arada ermənilərə başqa cür yer eləyən isə Azərbaycan tərəfinin xüsusi bəyanatla çıxış edib, bütün erməni silahlı qüvvələrinin “artsax”dan çıxarılması və kommunikasiyaların açılmasında Ermənistanın qanuni öhdəliyini onlara xatırlatmasıdır.

Erməni saytlarının yazdığına görə, Azərbaycan tərəfi guya bunun əvəzində onlara heç nə təklif etməyib: “....Ümumiyyətlə, Bakı bizi fakt qarşısında qoyaraq, İrəvanın fikrini nəzərə almadan regiondakı vəziyyətlə bağlı danışıqların mümkün və zəruri olması tezisini getdikcə daha çox təbliğ edir. Belə görünür ki, Rusiya da artıq bununla razıdır və Türkiyə də buna öz töhfəsini verir. Ermənilərin son ümid yeri olan İran isə yeni reallıqla, deyəsən, çoxdan barışıb”.

“...Belə görünür ki, biz ermənilər, həqiqətən, başqasının həyat bayramında artıq yad insanlara” çevrilirik.

Bunu da ermənilər ərz edirlər, özü də “erməni yazıqlığı” ilə...

Ağasəf Babayev

Digər xəbərlər