PDF Oxu

Siyasət

  • 2 560

Gülayə Səfərova: “Moskva Bəyannaməsi xarici siyasət diplomatiyamızın uğurudur” ŞƏRH

Gülayə Səfərova: “Moskva Bəyannaməsi xarici siyasət diplomatiyamızın uğurudur” ŞƏRH

“Fakt budur ki, Azərbaycan regionda güclü dövlət kimi tanınması ilə yanaşı, eyni zamanda, həm siyası, həm də iqtisadi baxımdan Avropa məkanında və dünyada söz sahibi kimi tanınmaqdadır. Təbii ki, bu reallıq Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi qətiyyətli, möhkəm iradəyə söykənmiş müdrik siyasətinin məntiqi nəticəsidir”. Bu fikirləri SİA-ya "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova mövzu ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil, balanslaşdırılmış, öz milli maraqlarına uyğun çoxşaxəli və qətiyyətli xarici siyasət həyata keçirir və bütün bu kimi faktorlar sübut edir ki, dünyanın bir sıra nüfuzlu təşkilatları, böyük dövlətlər bütün sahələr üzrə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını nümayiş etdirirlər: “Bəllidir ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Artıq bu, belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkəmizin Rusiya ilə yüksək səviyyəli əlaqələri daha mütəşəkkil və güclü müttəfiqliyə doğru inkişaf edib. Bu baxımdan, həmin müttəfiqliyin rəsmiləşşdirilməsi həm də zərurətə çevrilmişdi. Daha dəqiq desək, hər iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Belə bir reallıq isə dostluq münasibətlərimizin möhəmləndirilməsinə öz çoxsaylı töhfələrini bəxş etmişdir”. “Digər tərəfdən, qonşumuz Rusiya Azərbaycanla tarixi bağlantıları ilə yanaşı, həm də dünyanın ən güclü ölkələrindən biri kimi tanınır və bu, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi təmsil olunması faktında da isbatlayır”, deyən Gülayə Səfərova əlavə edib ki, həmçinin, bu gün Azərbaycanda Rusiya şirkətləri fəaliyyət göstərir, habelə rusdilli tədris ocaqları rusdilli vətəndaşlarımıza təhsil verirlər, ali məktəblərimizdə Rusiyanın tarixi və coğrafiyası kimi fənlər tətbiq edilir: “Əlbəttə, bütün bunlar Rusiya tərəfindən də çox yüksək şəkildə qiymətləndirilməkdədir. O cümlədən, Prezident İlham Əliyevlə müzakirələr aparan Rusiyanın dövlət başçısı Vladimir Putin də Azərbaycanda rus mədəniyyətinə, rus dilinə göstərilən diqqət və qayğıdan sonsuz məmnunluq hissi keçirdiyini vurğuladı. Bu, həm də onu göstərdi ki, ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. O cümlədən, Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir və Müttəfiqlik Bəyannaməsində qeyd edilən bəndlərin birində də vurğulanır ki, ölkələr qarşılıqlı şəkildə bu münasibətləri daha da gücləndirəcəklər”

“İkinci Qarabağ müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizamın yaranması artıq öz uğur sözünü deməkdədir”, bildirən QHT sədri yeni konfiqurasiyanın əsas aktorlarının Azərbaycan, Türkiyə və Rusiya olduğunu da vurğulayıb: “Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir və beləliklə, tarixi əsaslara söykənən Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin mühüm ştrixlərindən biri də ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Habelə, hər iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu mənada, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər, qarşılıqlı fəaliyyət planlarını icra edirlər.

“Bütün bu kimi münbit, uğurlu və pozitiv arqumentlərin qarşılığında ictimai rəy arasında bəzi maraqlı şəxslər, siyasi qruplar məntiqsiz “şərhlərini” edərək guya bu müttəfiqliyin səmərə verməyəcəyini iddia edirlər”, deyən Gülayə Səfərova bildirib ki, zaman hər şeyin şahididir və belə iddialılar dəfələrlə, eləcə də son anda nə qədər yanlış fikirdə lduqlarını anlamalı olurlar: “Lakin onlardan fərqli olaraq sağlam düşüncəli cəmiyyətimiz, xalqımız, millətimiz də yaxşı bilir və dərk edir ki, atılan bütün bu kimi əhəmiyyətli addımlar birbaşa dövlətimizin daha da güclənməsi üçün göstərilən qayələrdir. Əgər bu gün regionumuzda hələ də mənfur qüvvələr mövcuddurlarsa, biz məhz bu Bəyannamənin sayəsində həmin qüvvələrin çıxdaş olunaaqlarını seyr edəcəyik. Artıq bundan sonra Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, yaxud Azərbaycan-Türkiyə-Rusiya kimi konfiqurasiyaların yaradılması Cənubi Qafqaz regionu ilə yanaşı, həm də Avropa məkanını mümkün təhdid və təsirlərdən qoruyacaq. Bütövlükdə isə Şuşa Bəyannaməsinin ardınca Moskva Bəyannaməsinin də imzalanması bilavasitə Azərbaycan dövlətinin, Prezidentinin xarici siyasət diplomatiyasının danılmaz uğurudur”.

Rövşən RƏSULOV

Digər xəbərlər