“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəldir və qarşıda dayanan digər mühüm perspekktivləri müəyyənləşdirir”. Bu fikirləri SİA-ya “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib. Onun sözlərinə görə, fevralın 22-də, Moskvaya səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni imzalamaları Azərbaycanıa Rusiya arasındakı strateji əməkdaşlığı və qarşılıqlı münasibətləri daha da mütəşəkkil hala gətirdi, onu müttəfiqliyə qədər inkişaf etdirdi.Zərifə Quliyeva əlavə etdi ki, bu uğurların təməlində dayanan daha bir mühüm amil Prezident İlham Əliyev cənablarının siyasi iradəsi və qətiyyəsli siyasəti reallığı dayanır: “Əbəs deyil ki, Vətən müharibəsində əldə eidlən Zəfərdən sonra Prezident İlham Əliyev bölgədə sülh və inkişaf naminə yeni səhifənin açıldığını bəyan etdi, dövlətimizin başçısı regionda yaranmış yeni reallıqdan Ermənistanın da yararlanması üçün yeni fürsətlərin olduğunu da vurğuladı. Lakin qarşı tərəf bu fürsətdən yararlanmağı bacarmadı və elə sandı ki, regionda Rusiyanın yeganə müttəfiqi məhz İrəvandır. Lakin yalındı və bu bu gün ortada olan amillər sübut edir ki, regionda yeni çağırışlar mövcuddur və bu çağırışların mühüm tərkib hissəsindən biri də Moskva Bəyannaməsinin imzalanması ilə təsdiq olundu. Bu platforma bölgədə dayanıqlı sülh, əmin-amanlıq, təhlükəsizlik və inkişaf üçün zəmanət olmaqla, bölgə ölkələri arasında əməkdaşlığı daha da möhkəmləndirəcəkdir”.“Bununla Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə açılır, yeni perspektivlər yaranır və hər iki ölkə arasında əlaqələr daha sürətlə inkişaf edəcək”, deyən Zərifə Quliyeva onu da qeyd edib ki, Moskva Bəyannaməsi Azərbaycan dövlətinin və xalqımızın milli maraq və mənafeyinə tam cavab verir. Belə ki, Bəyannamənin 2-ci maddəsində qeyd edilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarına uyğun və onun müdafiəsinə yönəlmiş müstəqil siyasət həyata keçirir. Bəyannamənin gələcəkdə yarana biləcək hər bir təhlükə və təhdidin qarşısının alınmasında mühüm əhəmiyyəti var: “Prezidentimiz də Bəyannamənin əhəmiyyətini xüsusi vurğulayıb, onun siyasi, iqtisadi və humanitar sahələri əhatə etdiyini bildirib. Rusiya dünyanın ən güclü və söz sahibi olan dövlətlərindən biridir. Bir sözlə, beynəlxalq hüquq və normaları əsasında hazırlanmış Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətləri keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə yüksəldir. Tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən bu Bəyannaməyə əsasən, münasibətlərin hər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair Azərbaycan və Rusiya konkret öhdəlik götürür. Ümumiyyətlə, həm Şuşa Bəyannaməsi, həm də Moskva Bəyannaməsi Azərbaycanı getdikcə dünyada artan qlobal təhlükə və təhdidlərdən müdafiə etmək üçün ali sənədlərdir. Azərbaycanın milli maraqlarının əks olunduğu əməkdaşlıq nümunələri dövlətimizin gələcəyi üçün ciddi töhfələrdir. Tükiyə ilə imzalanmış Şuşa Bəyənnaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyənnaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmanın yeni siyasi əsas oyunçuları Azərbyacan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycan hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalanması yeni siyasi mühitin yarandığını rəsmən təsdiq edir”.
Rəfiqə HÜSEYNOVA