Azərbaycan və Rusiya arasında imzalanan, hər iki ölkənin Prezidentlərinin imzası ilə təsdiq edilən Moskva Bəyannaməsindən sonra işğalçı Ermənistanda bir çoxlarının yuxusu ərşə çəkilib. Hər zaman Rusiyaya arxalanan, bu ölkədən kömək uman, hətta Rusiyanın onlara kömək etməyə borclu olduğunu belə həyasızlıqla iddia edən ermənilərin artıq bu sənədin imzalanmasından sonra kürkünə birə düşüb. İndi ermənilər yaxşı başa düşürlər ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri rəsmi səviyyədə təsdiq edildi, ölkələrin üzərində artıq elə rəsmi şəkildə də öhdəliklər var və ermənilərin bundan sonra vay-şüvən, qara-qışqırıq qoparmaları, yalvarmaları, əldən-ayaqdan getmələri də işə yarayan deyil.
İşğalçı ölkənin mətbuat səhifələrində yayımlanan məlumatlardan, şərhlərdən, siyasətçilərin belə rəylərindən bəlli olur ki, ermənilər böyük ruh düşkünlüyü işərisindədirlər. Açıq-aşkar şəkildə hiss olunur ki, ermənilər bədbin düşüncələrə qərq olub, ümidsizlik içərisindədirlər. Ermənistanda belə bir fikir formalaşıb ki, onlar bu şən həyatda, şənlik içərisində olan dünyada yad adamlardırlar. Onlar, ermənilər artıq etiraf belə edirlər ki, tam təcrid olunmuş haldadırlar və bunun əksini düşünmək, yaxud da iddia etmək, ermənilərin özlərini aldatmaları deməkdir. Belə görünür ki, bu zamana qədər, eləcə də məğubiyyət acısından sonra Rusiyaya təskinlik kimi baxanların son ümidləri də puça çevrilib və ermənilər artıq məsələnin nə yerdə olduğunu, özlərinin isə hansı hala düşdüyünü anlayıblar. Hətta qorxuya da düşüblər və yalnız bu mənada haqlı ola bilərlər, çünki Rusiya olmadan onların mövcudluğu sual altındadır və buna görə hətta daha çox qorxmalıdırlar.
“Xain xoflu olar”, zərb məsəlində deyildiyindən bəlli olduğu kimi, ermənilər indi çox xofludurlar və rusları xəyanətdə ittiham edirlər. Düzdür, bu ittihamlarını hansı əsasa edirlər, nəyə əsaslanaraq edirlər və onları müdafiə etməkdə niyə rusları borclu hesab edirlər bəlli deyil, məntiqli də ola bilməz, amma hər bir halda ermənilərin indi xoflu olduqları göz önündədir. Təbii ki, utanmazlıqla, həyasızlıqla hər kəsi, hamını özlərinə borclu hesab edən ermənilər bu vəziyyətdən utanmırlar da. Mənasız iddialarının özlərindən daha gülünc səsləndiyindən də çəkinmirlər və deyəsən belə çəkinmək kimi bir fikirdə də olmayıblar. Təcrid olunduqlarını düşünənlər, belə qənaətdə olanlar isə çox qorxuya düşüblər. Bax elə məhz erməniləri yandırıb-yaxan da budur və terrorçuluq, işğqlçılıq siyasəti yürüdənlər özlərini tamamilə tək, tənha sayırlar. Bu yanaşmada isə hər kəs haqlıdır, çünki, işğalçılar üçün artıq sığınacaq, daldalanacaq yer də qalmayıb və erməni simasızlığının hədsiz olduğu hamıya bəllidir. Xüsusən də ermənilərin hansı üzə, daha doğrusu, üzsüzlüyə sahib olduqıarı barədə rusların son doğru qənaətə gəlmələri işğalçıları tamamilə ümidsiz edib.
İndi ermənilərin, Moskva Bəyannaməsi barədə danışarkən bunu, hüquqi cəhətdən rəsmləşdirilmiş xəyanət adlandırmaları onların nə dərəcəsə qıcıqlandığını tam aydın şəkildə göstərir. Çünki, ermənilər yaxşıca başa düşürlər ki, Moskva Bəyannaməsi tezliklə separatçıların sonunu gətirəcək. Yaxşı anlayırlar ki, artıq Azərbaycan istənilən anda antiterror əməliyyatına başlaya bilər və bu artıq erməni separatizminin sonu deməkdir. Çox gözəl bilirlər ki, 43 maddəlik Bəyannamə ümumilikdə Azərbaycan üçün məqbuldur və Ermənistanın destruktiv siyasətini zəiflətmək üçün bu sənəddə konkret bəndlər var.
Doğrudur, rəsmi Moskva da digər ölkələr kimi Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb, lakin 44 günlük müharibə sonrası dəyişən siyasi reallıqlar fonunda bunu bu bəyanatla bir daha təsdiqlədi. Yəni, Azərbaycanın 44 günlük müharibə nəticəsində işğaldan azad etdiyi torpaqların bizə məxsus olduğunu, bu torpaqlarda Azərbaycanın hüquqlarının keçərli olduğunu Rusiya bu sənədlə bir daha təsdiqləmiş oldu. Bir sözlə, Rusiya faktiki olaraq bir daha Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün toxunulmazlığını təsdiq etdi. Digər tərəfdən bu həm də o deməkdir ki, rəsmi Bakı Xankəndidəki separatçı-terrorçu rejimin zərərsizləşdirilməsi məsələsinin Azərbaycanın daxili məsələsi olduğu faktını Rusiya qəbul edir. Yəni, sənəddə qeyd olunduğu, razılaşdırıldığı kimi, əgər tərəflər bir-birinin işlərinə qarışmayacaqsa, deməli rəsmi Bakının Xankəndidə antiteror əməliyyatı keçirməsi və ya separatçıların “lideri” Araik Arutunyanın həbs edilməsi qərarına Rusiya etiraz etməməlidir. Bu isə təkcə Araikin özü üçün deyil, bütövlükdə erməni separatçıları üçün çox qorxunc proqnozdur. Elə buna görə də artıq Moskva Bəyannaməsi Ermənistanda elə bir rezonans doğurub ki, bunu təsvir belə etmək mümkün deyil. Bəyannamədən sonra ermənilərin nə ilə üzləşəcəkləri hamıdan çox özlərinə bəllidir. Elə bu səbəbdən də sənədin imzalanmasına görə ermənilər rusları xəyanətdə ittiham edirlər və Moskva Bəyannaməsini hüquqi cəhətdən rəsmiləşdirilmiş xəyanət adlandırırlar. Təbii ki, sənəd barədə ermənilər tərəfindən bu şəkildə fikir bildirilməsi onların nə dərəcədə qıcıqlandığını təsdiqləyir. Təsdiqləyir ki, Bəyannamədən sonra ermənilərin yuxusu ərşə çəkilib, kürklərinə də birə düşüb.