"Bu il Xocalı soyqırımının 30 ili tamam olur. Xocalı hadisələri Azərbaycan tarixində qanlı və dəhşətli səhifələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, qətliam nəticəsində azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilmişdir: "Bu Azərbaycana, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Xocalı soyqırımı Azərbaycanın ağrısıdır. Hər il olduğu kimi bu il də cənab Prezident İlham Əliyev Xocalı soyqırımının qeyd edilməsi ilə bağlı tədbirlər planı imzalayıb. Bununla bağlı olaraq tədbirlərin keçirilməsi həm Xocalı şəhidlərimizin xatirəsinin qeyd edilməsi, gənclərimizin bu barədə məlumatlanması, həm də bütün dünyaya erməni vandalığını çatdırmaq üçün mühüm bir hadisədir. Buna uyğun olaraq aidiyyatı dövlət orqanları və xaricdə yaşayan diaspora nümayəndələri tədbirlər həyata keçirirlər".
Banuçiçək Hüseynli