”Bu gün buraya qara hərflərlə yaddaşımıza yazılmış Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə yığışmışıq”. Bu sözləri SİA-ya açıqlamasında Xüsusi Nümayəndəliyin Baş məsləhətçisi Bəşir Hacıyev deyib.
Onun sözlərinə görə, 1992-ci il 25-dən 26-na keçən gecə dəhşətli hadisə baş verdi: “Xocalı soyqırımı zamanı bizim xalqımıza qarşı misli görülməmiş vəhşiliklər törədilib. Biz bu gün Azərbaycan xalqına qarşı edilmiş bu vəhşiliyi media vasitəsilə bütün dünyaya çatdırırıq. Artıq bütün dünya bu vəhşilikləri görür. Həmin gecə ermənilər qarşılarına keçən hər kəsi güllələyib. Ağdamlılar hadisə zamanı köməyə gələndə şəhid oldular. Biz bu faciəni heç vaxt unutmayacağıq. Bundan sonra cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağı cənnət məkana çevirəcəyik. Əlbəttə ki, heç bir zaman bu qanlı tarixi unutmayacağıq”.