PDF Oxu

Siyasət

  • 2 946

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram

Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də dünyanın hər yerində anılır.

Ədalət şəhəri Haaqada da Azərbaycan Türk Mədəniyyət dərnəyinin təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

SİA xəbər verir ki, tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Haaqa şəhərində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə çiçək və əklillər qoyulub. Sonra Haaqa şəhəri məscidinin imamı Şeyx Məhmət Olqun şəhidlərin ruhuna Quran oxuyub.

Hollanda Azərbaycan Türk Mədəniyyət dərnəyinın sədri İlhan Aşqın Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirə qatılanlara təşəkkür edib.

Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, eləcə də Azərbaycandan gələn qonaqlar Xocalı soyqırımı haqqında danışaraq, gələcəkdə belə qətilyamların təkrarlanmaması üçün bütün dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini qeyd ediblər. Bir gecədə 613 mülki şəxsin amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının müəlliflərinin hələ də cəzasız qalmasına etirazlarını bildiriblər.

Tədbirin sonunda Xocalı qurbanlarının ruhuna ehsan verilib.

Digər xəbərlər