PDF Oxu

Siyasət

  • 2 626

"Resurs" Analitik Mərkəzi: "Bu fakt beynəlxalq hüququn zorlanmasıdır"

"Resurs" Analitik Mərkəzi: "Bu fakt beynəlxalq hüququn zorlanmasıdır"

"Resurs" Analitik İnformasiya Mərkəzi Rusiya-Ukrayna arasında davam edən müharibəyə münasibət bildirib. Mərkəzin İctimai Birliyinin ofisinin rəhbəri Rəvan Bağırov SİA-ya açıqlamasında deyib ki, məlum vəziyyətlə bağlı Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik korpusun nümayəndələrinə, xüsusilə də Azərbaycan Respublikasında fəalliyyət göstərən Ukraynanın fövqəladə və səlahiyətli səfiri cənab Vladislav Konevskiyə müraciət ünvanlanıb. Həmin müraciəti olduğu kimi sizə təqdim edirik:

"Hörmətli Cənab Səfir!

Ukrayna dövlətini Azərbaycanda rəsmi təmsilçiliyinizdə Sizə uğurlar arzulayaraq dövlətinizə və xalqınıza səmimi, mehriban münasibətimizi ifadə edirik.

Beynəlxalq hüquqla tanınmış dövlət sərhədlərinizin pozularaq Ukrayna ərazisinə qarşı baş vermiş hərbi təcavüz xəbərlərini dərin təəssüf hissi ilə qarşıladıq və bu aqressiya faktını qətiyyətlə pisləyirik. Sivilizasiyanın bu dönəmində Rusiya Federasiyası hərbi qüvvələri tərəfindən müasir inkişaf etmiş şəhər və qəsəbələrin, yaşayış məskənlərinin, dinc sakinlərin bombalanması, güllə-baran edilməsi faktını beynəlxalq hüququn zorlanması kimi qiymətləndiririk. Baş verən hadisələr ildönümünü yaşadığımız 1992-ci il fevralın 26-da Sovet ordusunun 366-cı diviziyasının erməni silahlı dəstələri ilə birlikdə Azərbaycanın Xocalı qəsəbəsinin silahsız dinc sakinlərinin qətliamı ilə nəticələnən soyqrım faktının timsalında bizə yaxşı tanışdır və xatirimizdə dərin iz buraxmışdır. Müharibə nəticəsində yaranmış böhrandan Uca Allahın izni və yardımı ilə tezliklə çıxacağınızı ümid edərək Ukrayna xalqına mənəvi dəstəyimizi ifadə edirik.

Arzu edirik ki, Ukrayna və rus xalqları şeytanın alovlandırdığı odu tezliklə söndürməyə və qonşuluqda dinc yanaşı yaşamağa özlərində güc tapsınlar.

Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində üzərinizə düşən vəzifələrin icrasında Sizə uğurlar arzulayırıq"-deyə, müraciətdə qeyd olunub.

Digər xəbərlər