“Cənab Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi çox böyük əhəmiyyət kəsb edir. Zəfərlə başa çatan Vətən müharibəsindən sonra artıq Şuşa öz doğma xalqının ixtiyarındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.Onun sözlərinə görə, artıq neçə aylardır ki, Şuşada təntənəli tədbirlər keçirilir: “Xüsusilə “Vaqif poeziya gecəsi”nin keçirilməsi də Azərbaycanın böyük-ictimai xadiminə verilən dəyərin bariz nümunəsi idi. Eləcə də digər festivalların da mədəniyyət mərkəzi olan Şuşada keçirilməsi “Şuşa ili” çərçivəsində görülən tədbirlərin bir nümunəsidir.Bütün bu proseslərdə Şuşa mədəniyyət paytaxtı olaraq, yalnız Azərbaycanın, türk dünyasının deyil, bütün dünyanın diqqətini öz üzərinə çəkməyi bacardı. Biz Azərbaycan xalqı da şahid olacağıq ki, Şuşada görülən bu işlər bu şəhərin dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini təmin edəcək. Azərbaycan xalqı yalnız müharibədə düşmənə qalib gəlmir, eyni zamanda biz göstərdik ki, mədəniyyət, incəsənət, elmdə də ermənilərdən çox-çox yüksəkdəyik.Bu il Şuşada görüləcək tədbirlər təbii ki, artıq Şuşanın dirçəldilməsi üçün atılan addımlardan biridir. Əlbəttə bütün bunlar ümumən Şuşanın inkişafına təkan verən çox bötük tədbirlərdəndir. Mən əminəm ki, biz bu ilin sonlarında tamamilə ayrı bir Şuşa görəcəyik. Öz tarixi kökləri üzərində inkişaf etmiş, dünyanın müasir şəhərlərindən birinə çevrilmiş Azərbaycan mədəniyyətini təbliğ edə biləcək bir Şuşa görəcəyik”.
Səbinə Hüseynli