PDF Oxu

Siyasət

  • 3 280

YAP Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının təşkilatçılığı ilə "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda gənclərlə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Elman Nəsirov, rayon təşkilatının üzvləri, fəal gənclər iştirak ediblər. Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, partiyanın rayon təşkilatı gənclərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq bu kimi görüş və tədbirlər keçirir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı uğurlara toxunan Vüsar İsmayılov bu uğurların dövlətimiz və xalqımız üçün yüksək əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü xarici siyasi strategiya bu gün də dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan çoxşaxəli, prinsipial, öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Digər dövlətlərlə yaxın qonşuluq, dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin, müttəfiqlik əlaqələrinin davamlı və intensiv xarakter alması da bu mənada əhəmiyyət kəsb edir.Millət vəkili Elman Nəsirov görüşdə çıxış edərək vurğulayıb ki, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformalarının, irimiqyaslı iqtisadi layihələrin əsas təşəbbüskar və tərəfdarlarından biridir. E. Nəsirov, həmçinin Azərbaycanın BMT və Qoşulmama Hərəkatındakı fəaliyyətindən bəhs edib, beynəlxalq müstəvidəki uğurlarımızın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.Görüş gənclərlə fikir mübadiləsinin və onların suallarının cavablandırılması ilə başa çatıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər