PDF Oxu

Siyasət

  • 3 269

Heydər Əliyev Fondu öz mənəviyyatına sadiqlik nümayiş etdirir - ŞƏRH EDİLDİ

Heydər Əliyev Fondu öz mənəviyyatına sadiqlik nümayiş etdirir - ŞƏRH EDİLDİ

"Heydər Əliyev Fondunun sadəcə bu gün deyil, yarandığı ilk gündən bəri istər ölkə miqyasında, istərsə də ölkə hüdudlarının kənarda həyata keçirdiyi missiyanın ən əhəmiyyətlisi humanizm dəyərlərinə istinad etməsi, Azərbaycanın milli-mədəni, mənəvi sərvətlərini, xəzinəsini qoruyub bütün dünyaya çatdıra bilməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, konkret olaraq Heydər Əliyev Fondunun şərq ölkələrində həyata keçirdiyi layihələrin hər biri qürurvericidir: "Heydər Əliyev Fondunun rəhbəri ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təkidi, səyləri ilə ölkədə təhsilin, mədəniyyətin, səhiyyənin inkişaf etməsində, qayğıya ehtiyacı olan, möhtac olan uşaqların himayə edilməsində, idmanın bütün ölkədə, eyni zamanda dünyada vüsət almasında böyük rolu var. Bundan əlavə tarixi-etnoqrafik muzeylərimizin bərpa edilməsində, muğam sənətimizin yaşadılıb, inkişaf etdirilməsi ilə dünyaya tanıdılmasında rolu əvəzsizdir. Heydər Əliyev Fondu öz mədəniyyətinə, mənəviyyatına sadiqlik nümayiş etdirdiyi kimi, eyni zamanda dünya mədəniyyəti incilərinə böyük bir tolerantlıqla, həssaslıqla yanaşır. Eyni zamanda bu gün sadəcə Azərbaycan təhsilinin, Azərbaycan məktəblərinin deyil, həmçinin inkişaf etməkdə olan, yardıma ehtiyacı olan ölkələrin də gələcəyi olan uşaqların daha yaxşı məktəblərdə təhsil alması üçün əlindən gələni edir".

Arzu Qurbanzadə

Digər xəbərlər