PDF Oxu

Siyasət

  • 2 328

Ermənilər rusları sevmirlər KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ermənilər rusları sevmirlər KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə səsləndirdikləri fikirlər Azərbaycan-Rusiya münasibətlərini qiymətləndirmək, qəbul olunmuş bəyanatların çox mühüm əhəmiyyətə malik olduğunu nəzərə çatdırmaq baxımından əhəmiyyətlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, “Rusiya ilə Azərbaycan arasında münasibətlərin indiki formatı ali formatdır”, fikrinin görüşdə səsləndirilməsi bir daha göstərir ki, artıq iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmədədir və bu xalqımızın təhlükəsizliyi, ölkəmizin inkişafı üçün çox vacibdir.

“Azərbaycan Prezidenti erməni əsilli jurnalist Marqarita Simonyanın təxribat xarakterli suallarını əyani faktlarla neytirallaşdırıb və onu çıxılmaz vəziyyətdə qoyubdur. Rus dilinin öyrənilməsi barədə fikirlərə aydınlıq gətirərkən ölkə rəhbəri bildiribdir ki, “Bizim rus sektoru” dediyimiz məktəblərə tələbat çoxdur və dediyim kimi, həmin məktəblərdə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar, 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır. Arayış üçün deyim ki, Ermənistanda erməni millətinin uşaqlarının qeyri erməni məktəblərində təhsil alması, ya qanunvericiliklə, ya da hansısa təlimatlarla ümumiyyətlə qadağan edilib. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Ermənistanda cəmi bir və ya iki rus məktəbi fəaliyyət göstərir ki, bu da Ermənistan dövlətinin rus dilinə və rus xalqına olan münasibətinin göstəricisidir. Hər bir kəsə aydındır ki, ermənilər uzun illər Rusiyaya sığınıb bu dövlətdən bəhrələnsələr də, ruslara ancaq nifrət edirlər, bu dövləti sevmirlər. Son günlər Ermənistanda Rusiya əleyhinə keçirilən kütləvi mitinqlər də bunu deməyə əsas verir”, deyə Tahir Rzayev bildirib.

Digər xəbərlər